PDF Oxu

Müxalifət

  • 16

"Milli Şura" iğtişaşlar törətməyə cəhdlər göstərdi

"Milli Şura" iğtişaşlar törətməyə cəhdlər göstərdi

Niyaməddin Orduxanlı: "Mitinqdən sonrakı təxribatda Əli Kərimlinin "izini" gördüm"

"Milli Şura" deyilən qurumun prezidentliyə namizədi olmuş Cəmil Həsənlinin acınacaqlı məğlubiyyətə düçar olmasını həzm edə bilməyən radikallar müxtəlif vasitələrlə pozuculuq aktları törətməyə çalışırlar. Oktyabrın 12-də "Milli Şura"nın uğursuz mitinqindən sonra asayişi pozmağa, qarşıdurmalar yaratmağa yönələn təxribatlar olub. BAXCP-nin sədr müavini Niyaməddin Orduxanlı "Səs" qəzetinə açıqlamasında bildirdi ki, müxalifətin məqsədli şəkildə etdiyi təxribatın arxasında xarici maraqlı qüvvələr dayanır: "Hər zaman olduğu kimi, yenə müxalifət partiya rəhbəri öz çirkin məqsədlərini həyata keçirmək üçün gənclərdən alət kimi istifadə edirlər. Qəsdən bunu edirlər ki, özlərini reklam etsinlər, diqqət mərkəzinə cevrilsinlər. Bir sözlə, müxalifətçilər bu məğlubiyətlə barşımaq istəmirlər. Əslində, bu məğlubiyyət Rüstəm İbrahimbəyovun tələsində axtarılmalıdır. Eldar Namazovun uydurma vədlərində axtarılmalıdır, Rüstəm İbrahimbəyov deyirdi ki, İlham Əliyev prezident seçilməyəcək və mən də Bakıya gələcəm. Bir ona deyən yoxdur ki, niyə bizi aldadırdın? İlham Əliyev yenidən Prezident seçildi və sən də Bakıya gəlmədin...Mitinqə gəldikdə isə, 10-na yaxın partiya və hərəkatın üst-üstə mitinqə topladığı şəxslər heç 1000 nəfər deyildi. Görmürsünüz ki, xalq radikal siyasətə, konkret Cəmil Həsənliyə dəstək vermir?! Ciddi dəstəyiniz olsa idi, bugünki mitinqinizdə ən azı 5000 insan iştirak edərdi. Əl çəkin bu gənclərdən".

N.Orduxanlının sözlərinə görə, "Mill Şura"nın niyyəti Azərbaycanın beynəlxalq aləmdə imicinə zərbə vurmaqdır: " 20 ildən artıqdir ki, bu yönümdə fəaliyyət göstərisiniz, nə qazanmısınız, bundan sonra nə qazanacaqsınız? Mitinqdən sonrakı təxribatda Əli Kərimlinin "izini" gördüm. Bütün videolarda Əli Kərimlinin dəstəsinin üzvüləridir "səs-küy" salan. Əli Kərimlinin xətti açıq şəkildə görsənirdi. Həmişə olduğu kimi... Yadınızda saxlayın. Əli Kərimli onun uğrunda həbs olunan gənc üçün heç vaxt ziyarətə getmir! Öz çirkin niyyətini gənclərin həbsi üzərində qurma, Əli Kərimli!"

"Uğursuzluğa düçar olan müxalifətin bu cəhdləri hansı nəticələr verə bilər" sualına cavab olaraq N.Orduxanlı bildirdi ki, dağıdıcı müxalifət bundan sonra heç nəyə nail ola bilməz: "Bundan sonra müxalifət liderlərinin ətrafında olan insanların istefası başlayacaq. Artıq Əli Kərimlinin müavini Asəf Quliyev istefa verib. Düşünürəm ki, bu proses davam edəcək. Bütövlüklə digər partiyalarda da istefalar gözlənilir. Həmişə olduğu kimi, bütün seçkilərdə müxalifət məğlubiyyətlə ayrılıb. Xalq müxalifətin apardığı siyasətə dəstək vermir. Çünki müxalifətin heç bir siyasi gücü yoxdur ki, özü üçün nə isə bir iş görə bilsin. Belə olan halda da müxalifətin hər hansı bir uğur qazanması qeyri-mümkündür".

GÜLYANƏ

Digər xəbərlər