PDF Oxu

Müxalifət

  • 14

Rəsul Quliyev olmaqdansa...

Rəsul Quliyev olmaqdansa...

Çox adam elə bilir ki, ACP lideri Rəsul Quliyev hakimiyyəti tənqid etdiyinə görə, müxalifətçidir. Amma kiminsə "it durar yolda hürər, hara getsən orda hürər" prinsipinə riayət eləməsi, elə Rəsul kimi zəvzəyləməsi heç də onun müxalifətçi olduğuna dəlalət eləmir.

Əvvəlcə bu adamcığaz haqqında xırda bir arayış. Bilməyənlər də bilsin ki, Hollandiyada çəkilən parnoqrafik filmlərin əsas maliyyəsçisi məhz R.Quliyevdir. O Rəsul ki, elə ABŞ-ın özündə də ən böyük neft maqnatı kimi ad çıxarıb, Rusiyanın bir neçə vilayətində adını çəkmək istəmədiyim bir biznesmenin "petrol şərik"idir.

O, özünü elə aparır ki guya bu millətin "himayəçisi"-zadıdır. Zadını bilmirəm, amma himayəçisi olmaq üçün R.Quliyev 18 dəfə ölüb yenidən doğulmalıdır. Özünə çox qəşəng peşə tapıb, oturur komputerin qabağında Azərbaycanda kimi istəyirsə tənqid edir, skaypla arabir Sülhəddin Əkbərə də zəng edib "fikir mübadiləsi" aparır. Əlində də üstündə lüt ifritə şəkli və içi kofe ilə dolu olan çaşka...Bu yaşda birinin komputerə bu qədər aludə olması onu əxlaqızlaşdırar. Belə baxanda oturub villasında, pulu da gəlir, bekarçılıqdan neyləsin axı. Məcburdur ki, ekranın qabağında oturub öz nifrin niyyətini onun-bunun üstünə töksün.

Kişinin oğlu dünən deyib ki, mən mitinqə Cəmil Həsənlinin çıxardığından on dəfə artıq adam çıxararam. Yalançının lap...Adama sual verərlər ki, çıxara bilərsənsə, onda niyə gəlib çıxarmırsan? Və ya C.Həsənlinin mitinqə çıxardığı adamın on qatı on min adam edir, on min adamla insanın şortikini çıxarıb boynuna qalstuk edərlər, ay Rəsul "bəy"!

Tutaq ki, bunu edə bilərsən, bəs nə üçün "Milli Şura"nın 1000-1500 nəfərlik mitinq iştirakçısından cəmi 8 nəfəri lideri olduğun ACP-nin üzvüdür? ACP-nin elə 8 nəfər üzvü varmı? Mən İsa Qəmbərə də, Əli Kərimliyə də S.Əkbəri "Milli Şura"dan uzaqlaşdırmalarına görə göstərdikləri cəhddə haqq verirəm. Nə üçün? Əvvəla, "Milli Şura"nın mitinqlərində ACP 5-10 nəfərlə iştirak edirdi, Sülhəddin də utandığından meydanda ağacın altında gizlənirdi. İkincisi, bu iki şəxsin telefon danışıqları "şura"çıları qəzəbləndirdi. Baxın, "Milli Şura"da nə ACP var, nə də Sülhəddinin fəallığı.

Rəsul bilməlidir ki, o müxalifətçi deyil, sadəcə, xaricdə oturub Azərbaycan haqqında çərənləyən bir qocadır. Onun heç bura gəlməsinə ehtiyac yoxdur, çünki onun burda İ.Qəmbər, Ə.Kərimli kimi prototipləri mövcuddur. Biri xaricdən, biri də daxildən, qoy nə qədər danışırlar danışsınlar. Amma S.Əkbər bunu bilməlidir ki, onun ACP-dəki siyasi taleyi S.Cəlaloğlunun, L.Şövkətin və başqa müxalifətçilərin R.Quliyevlə bağlı olan uğursuz talelərinin davamıdır. Bilirsən ki, bizlərdə yalan informasiya da olmur. Əmin ol ki, azacıq vaxt qalıb, sən də ACP-nin sədrliyindən gedirsən. Özü də "möhtərəmi-əndami-siyasiyi-məcnuni-pornoyi-seksi" Rəsul Quliyevin tapşırığı ilə...

Samir

Digər xəbərlər