Polisin qətiyyəti buna imkan vermədi
Oktyabrın 12-də "Milli Şura" adlı qondarma quruma toplaşan dələduzlar icazəli mitinq adı altında yaramaz əməllərini bir daha nümayiş etdirdilər. Onlar aksiyanın sonuna az bir vaxt qalmışdı ki, əvvəlcədən planlaşdırdıqları iğtişaşlara cəhd göstərdilər.
Məlumatlara əsasən, AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər və qondarma qurumun "vahid namizəd"i Cəmil Həsənli öncədən plan cızıblar ki, aksiyada öz çıxışlarını başa vuran kimi aradan çıxsınlar və başıpozuq gəncləri versinlər qabağa ki, onlar da hay-küy salıb küçələrə axışsınlar. Belə də oldu. C.Həsənli nitqini bitirən kimi tribunadan aşağı düşərək çıxışa doğru sürətlə irəlilədi. Onun yanında, hər zaman olduğu kimi, yenə də iki baş dələduz - İ.Qəmbər və Ə.Kərimli var idi. Müşahidə etmək üçün iştirak etdiyim mitinqdə hətta bunun da şahidi oldum ki, C.Həsənli qaçıb aradan çıxdığı zaman İsa ilə Əliyə söylədi ki, "tez gəlin qaçaq gedək, bu başdan xarablarda öz işlərini görsünlər, onsuz da polis onlara imkan verməyəcək". Buna cavab olaraq İ.Qəmbər bildirdi ki, əşil cəhənnəm olsunlar. Hamısı başdanxarab zadlardı.
Təsəvvür edin, öz tərəfdarlarına başdanxarab deyən bir insan necə ola bilər ki, liderlik iddiaları ilə çıxış etsin. Baxın, bunların iç üzü, düşüncəsi, daxilləri bu cür iyrəncliklərlə doludur.
Şüphəsiz ki, polis 3-5 məram və məqsədini anlamayan gəncin yaratmağa çalışdığı iğtişaşa imkan vermədi. Polisin qətiyyəti, həmçinin, vaxtında və lazımlı tədbirlərin görülməsi bütün xoşagəlməz halların qarşını aldı. "Milli Şura" üzvləri bir daha anlasınlar ki, onlar bu ölkədə heç bir çirkin planlarını həyata keçirə bilməzlər. Azərbaycanı sevməyən bəzi xarici təşkilatlardan aldıqları pullar hesabına qudurğanlıq edənlər, hər zaman olduğu kimi, bu gün də, sabah da öz yerlərinə otuzdurulacaqlar.
Sonda qeyd edək ki, oktyabrın 12-də bu qondarma qurumun keçirmiş olduğu mitinqlə bir daha sübut olundu ki, xalq onlara inanmır. Xalq belə dələduzları heç vaxt hakimiyyət postuna gətirməz. Azərbaycan xalqı müdrik, uzaqgörən xalqdır. İnsanlar iki cümlənin bir-birinin ardınca düzüb-qoşub danışa bilmnəyən Cəmilin nəyinə inansınlar, onun hansı savadına səs versinlər?! Dəfələrlə məğlub olduqlarına görə, utanıb-ölmək əvəzinə, hələ də abırsızcasına həyasızcasına bəlağətli nitq söyləməyə çalışanlar yenə də özlərini alçaltmaqla məşğul olurlar. Bu isə onlara başucalıq gətirməyəcək.
Cahid Süleymanov