PDF Oxu

Müxalifət

  • 24

Elman Nəsirli: “Bu da təbii ki, ölkəmizin dostlarının sayının artması deməkdir”

Elman Nəsirli: “Bu da təbii ki, ölkəmizin dostlarının sayının artması deməkdir”

"Azərbaycan 2011-ci ilin oktyabr ayının 24-dən BMT TŞ-ya qeyri-daimi üzv seçildi. Bu, bizim ən böyük nailiyyətimiz idi. Hətta cənab Prezident İlham Əliyev bu nailiyyəti Azərbayanın Müstəqillik dövrü tarixinin ən mühüm tarixi hadisəsi kimi dəyərləndirib". Bunu SİA-ya Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli ölkəmizin gələn ilin yanvar ayında Azərbaycanın BMT TŞ-da qeyri-daimi üzvülüyünün bitməsi və iki illik müddət ərzində Azərbaycanın həmin təşkilatda qazandığı uğurlar haqqında danışarkən deyib.Politoloqun sözlərinə görə, ölkəmizin BMT TŞ-ya iki illik müddətinə üzv seçilməsi ilə Azərbaycan faktiki olaraq elit dövlətlər sırasına daxil oldu: "Məsələ onda idi ki, təşkilatda 193 ölkə təmsil olunur. Lakin BMT TŞ üzvlərinin sayı cəmi 15 dövlətdir. Bunlardan da 5-i daimi, 10-nu qeyri-daimi idi. Yəni 15 dövlət xüsusi səlahiyyətli hesab olunur".Elman Nəsirli həmçinin bildirib ki, ölkəmiz ötən ilin may ayında BMT TŞ-ya sədrlik etdi: "Ümumiyyətlə, Azərbaycan dövləti tarixində ilk dəfə cənab Prezident İlham Əliyev BMT TŞ-da sədrlik həyata keçirdi. Bu sədrlik dövründə isə olduqca mühüm qərarlar verildi. Belə ki müasir dünya üçün mühüm əhəmiyyət kəsb edən beynəlxalq terrorizm və ona qarşı mübarizə məsələsi, xüsusilə bu konteksdə Ermənistanın dövlət terrorizmi ilə bağlı apardığı siyasət ölkə prezidenti tərəfindən beynəlxalq ictimaiyyətin diqqətinə bir daha çatdırıldı. Hesab edirəm ki, bu, çox mühüm hadisə idi ki, ölkəmiz bu imkandan maksimum faydalandı. May ayındakı sədrlik müddətində 13 açıq və 16 qapalı iclas keçirildi. Xüsusilə Sudan məsələsinin ətrafında geniş müzakirələr aparıldı. Azərbaycan bu məsələdə çox qətiyyətli mövqe bildirdi və mövcud sərhəd probleminin həlli ilə bağlı siyasi qərarların qəbuluna nail oldu. Azərbaycan eyni zamanda Yaxın Şərq regionunda baş verən hadisələri də diqqət mərkəzində saxladı"."Azərbaycanın BMT TŞ-ya ikinci sədrlik dövrü isə oktyabrın 1-dən başlayıb. Hesab edirəm ki, bu da çox mühüm hadisə idi. Bu gün regionda, beynəlxalq aləmdə, xüsusilə Yaxın Şərq regionunda çox mühüm proseslər cərəyan etməkdədir. Buna misal olaraq, Suriyada davam edən qarşıdurmaları və onun həlli yolları barəsində atılan addımları göstərə bilərik. Təbii ki, bu məsələdə BMT-nin xüsusi rolu var və onun üzərinə böyük səlahiyyətlər düşür. Belə ki, Suriyada kimyəvi silahlarla bağlı məsələdə BMT müşahidəçilərinin fikirləri əsas sayılır. Bu da heç şübhəsiz ki, Azərbaycan BMT TŞ-ya sədrlik dövrünə təsadüf edib. Eyni zamanda ölkəmizin sədrliyi dövründə qazandığı ən mühüm nailiyyətlərdən biri o idi ki, dünya birliyi ölkələri Azərbaycanı BMT TŞ-nın üzvü, həm də iki dəfə onu sədr kimi gördülər. Bu da təbii ki, ölkəmizin dostlarının sayının artması deməkdir. Eləcə də bu, Azərbaycanı beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması baxımından da əhəmiyyətli hadisələr idi" – deyə, politoloq sözlərinə əlavə edib.

sia.az

Digər xəbərlər