PDF Oxu

Müxalifət

  • 27

Həmsədrlərin regina səfərləri gözlənilir

Həmsədrlərin regina səfərləri gözlənilir

Elşad Mirbəşiroğlu: "Prezidentlər səviyyəsində görüşün təşkili Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yardımcı ola bilər"

Noyabr ayının birinci on günlüyündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün keçiriləcəyi gözlənilir. Bu məqsədlə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regina səfərləri nəzərdə tutulur. Politoloq Elşad Mirbəşiroğlu "Səs" qəzetinə açıqlamasında bildirdi ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfər etməsi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi dinamikliyinin saxlanılmasına dəlalət edir: "Təəssüflər olsun ki, bu günə qədər ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı real bir nəticə ortaya qoymayıblar. Demək olar ki, həmsədrlərin fəaliyyətləri nəticəsiz qalmaqda davam edir. Ona görə də, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin yeni mexanizmləri ilə bağlı ideyaların ortaya qoyulmasının vaxtıdır. Burada Azərbaycan tərəfinin gözləntisi ondan ibarətdir ki, həmsədr ölkələr işğalçı Ermənistana hər hansı bir formada təsir mexanizmlərini işə salsınlar. Lakin biz bu gün bunu da görmürük. Bu baxımdan, həmsədrlərin regiona səfərləri hansı müsbət nəticələr verəcəyi ilə bağlı hər hansı bir fikir söyləmək mümkün deyil".

E.Mirbəşiroğlu onu da bildirdi ki, bu gün Ermənistan öz işğalçılıq siyasətini açıq şəkildə davam etdirir: "Nə qədər ki, Ermənistana qarşı hər hansı bir dövlət tərəfindən ciddi təzyiqlər olmayacaqsa o vaxta qədər də Ermənistan öz işğalçılıq siyasətini aparacaqdır. Bu gün ATƏT-in Minsk Qrupu həmsədrlərinin istəyi odur ki, Azərbaycan və Ermənistan prezidentlərini Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir araya gətirərək görüşlərini təşkil etsinlər. Sonuncu Kazan görüşündən sonra Azərbaycan və Ermənistan prezidentləri bir araya gəlməmişdilər. Prezidentlər səviyyəsində görüşün təşkili Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yardımcı ola bilər. Bu da işğalçı ölkə olan Ermənistan tərəfinin mövqeyindən aslıdır. Bu gün ATƏT-in Minsk Qrupu həmsədrlərini var gücü ilə çalışmalıdırlar ki, Ermənistan dövləti və prezidenti bu günə qədər sadiq qaldıqları qeyri-konustruktiv möveydən çəkilsinlər və münaqişəsinin tənzimlənməsi istiqamətində addım atmağa meyilli olsunlar. Əgər həmsədrlər bundan sonra olan fəaliyyətlərini məhz bu istiqamətdə qurarlarsa onda münaqişənin ədalətli tənzimlənməsi haqqnda ilkin fikirlər söyləmək olar. Təəssüflər olsun ki, bu istiqamətdə hələki ciddi addımlar atılmayır".

GÜLYANƏ

Digər xəbərlər