PDF Oxu

Müxalifət

  • 13

Cəmil Həsənlinin Qərb gözləntiləri nə ilə başa çatacaq?

Cəmil Həsənlinin Qərb gözləntiləri nə ilə başa çatacaq?

"Milli Şura" təmsilçiləri özlərini təcrid etdikləri xalq qarşısında cavab verməli olacaq

AXCP, Müsavat kimi dağıdıcı müxalifət partiyalarının, ayrı-ayrı uğursuz fərdlərin cəmləşdiyi anti-milli "şura"nın "ağ atlı oğlanı" Cəmil Həsənlinin seçkidən dərhal sonra Qərbə üz tutması söz yox ki, bir sıra qaranlıq məqsədlərə hesablanmış xəyanətkar addım kimi qiymətləndirildi. Çünki məsələ həm də bundan ibarətdir ki, hələ seçki marafonundakı çıxışlarında və debatlarda səsləndirdiyi fikirləri, yersiz ittihamları ilə özünü xalqa güldürən C.Həsənli bir daha sübut etdi ki, o öz siyasi pənahını xalqda deyil, məhz Qərbin maraqlı dairələrində axtarır. Ancaq daha öncələr də verilən proqnozlardan da görünür ki, siyasi analitiklər xarici qüvvələr tərəfindən idarə olunan qurumun fəaliyyətinin uzun çəkməyəcəyi iddialarını önə sürərkən çox haqlı olublar. Çünki bu faktor hazırda özünü kifayət qədər göstərməkdədir. Beləliklə, seçkilərdə aldığı pullara görə xaricdəki havadarlarına hesabat verməyə gedən C.Həsənli artıq özü də anlamağa başlayıb ki, nə qədər çirkin oyunun ucuz oyunçusuna çevrilib.

Belə ki, Azərbaycan xalqının, normal düşüncəli insanların bir daha dağıdıcı müxalifətə arxa olmadığını görən "Milli Şura" namizədi sadəcə imitasiyalar edərək, vaxt udmağa səy göstərir.

Bəri başdan gözlənilən məğlubiyyət

Maraqlı məqam "Milli Şura" namizədinin az səs toplayacağına əmin olan xarici qüvvələr, o cümlədən ABŞ-dakı bəzi dairələrlə bağlı oldu ki, bu amil də C.Həsənlinin siyasi qərarının öz əlində olmadığını isbat etdi. Xatırladaq ki, bir çox xarici dairələr ona yüksək səs faizinin yazılması təklifi ilə çıxış etmiş, ənənəvi müxalifətin xalqdan dəstək qazana bilməyəcəyini bəri başdan hesablamışdılar.

Ancaq ortada daha bir diqqətçəkən məqam isə millət, Vətən, türkçülük, milli-mənəvi dəyərlərdən dəm vuran oyunbazların bunun əksinə olaraq, istənilən an ölkənin maraqlarını xarici qüvvələrə satmağa hazır olduqlarını göstərmələridir. Çünki C.Həsənli hələ seçki müddətindəki çıxışlarında da qeyri-səmimi görünmürdü.

Rüstəm İbrahimbəyov səhvinin ardınca Cəmil Həsənli rüsvayçılığı

Məsələyə daha dərindən yanaşsaq görərik ki, Rüstəm İbrahimbəyovun sədri olduğu "Milli Şura" adlı sifarişli "birliyin" yaradılma prosesinə nəzər salsaq, seçkilərdən sonra hadisələrin necə, hansı istiqamət üzrə hərəkət etdiyini asanlıqla görə bilərik. Hakimiyyətlə şəxsi ambisiyaları və biznes maraqları siyasi mövzuya yönəldərək onu tənqid atəşinə tutan R.İbrahimbəyov kimi avantüristin arxasınca getmək, onu özlərinə "siyasi lider" kimi qəbul etmək ən böyük səhvlərdən biri oldu. Bu da azmış kimi sonradan özlərinə yeni adda dublyor, yaxud da yedək "lider" - Cəmil Həsənlini seçərək, meydana atmaq isə həmin yanlışın davamı oldu. Bundan başqa qurumun tərkibinə nəzər salsaq, orada bir-birinə əks qütblərdə dayanmış qüvvələrin bir masa arxasında oturmalarına təəccüblə baxmalı oluruq. Burada həm Qərbə meyilli, həm də Rusiyaya yaxın qondarma siyasətçilər toplaşıb. Bu da təbii ki, özü-özlüyündə "Milli Şura"da anormal, başaçılmaz mühitə səbəb olub. Məhz bu səbəbdən də qənatə gəlmək mümkündür ki, müxtəlif qaranlıq maliyyə mənbələrindən gəlir əldə edən, başqa-başqa ideyalara, baxışlaraq qulluq edən və istiqamətləndirilən "qüvvələrin" istəyi yalnız bundan ibarət ola bilər. Ümumilikdə isə hansısa siyasi "liderin" xaricə bağlı olması, öz qərarı ilə deyil, xarici qüvvələrin qərarları ilə oturub-durması çox təhlükəli amil kimi qiymətləndirilməlidir. Onu da istisna etmək olmaz ki, gec, ya da tez C.Həsənli və onu özlərinə "lider" seçənlər məhz özlərini təcrid etmiş xalq qarşısında cavab verməli olacaqlar. Ən azından, dövlətə, Vətənə, xalqa etdikləri çoxsaylı xəyanətlərinə görə.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər