PDF Oxu

Müxalifət

  • 27

Asim Mollazadə: “Rusiya rəhbərliyi tezliklə ölçü götürməlidir”

Asim Mollazadə: “Rusiya rəhbərliyi tezliklə ölçü götürməlidir”

"Çox təəssüf ki, Rusiyada məişət zəminində baş verən kriminal hadisə, ölkələr arasında münaqişə səviyyəsinə qaldırılıb". Bu sözləri SİA-ya Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə Rusiyada baş verən məlum hadisələrə münasibət bildirəkən deyib. O bildirib ki, hazırda Rusiyada radikal, millətçilik ruhunda təbliğat sistemi həyata keçirilir.Onun sözlərinə görə, bu fəaliyyət nəticəsində qonşu ölkədə qeyri millətlərə qarşı münasibətlərdə dəyişiklik özünü göstərməkdədir: "Belə ki, son günlər orada "Rusiya ruslar üçün" şuarları altında aksiyaların şahidi oluruq. Bilirik ki, Rusiya kriminal cəhətdən gərgin ölkələr sırasına daxildir. Orada hər gün cinayət hadisəsi həyata keçirilir. Lakin heç bir cinayətkar daxili işlər nazirinin qəbuluna gətirilmir. Lakin azərbaycanlı Orxan Zeynalova qarşı daxili işlər nazirinin kobudluğunu hər kəs gördü və bütün dünya xalqları buna şahid oldu. Mənə elə gəlir ki, Rusiyada aparılan açıq millətçilik, dövlətin özünə qarşı aparılan ciddi proseslərə təkan verə və zamanı gəldikdə onun özünə qarşı istifadə oluna bilər".A.Mollazadə vurğulayıb ki, Rusiya rəhbərliyi bu barədə ciddi düşünməli və tezliklə ölçü götürməlidir: "Məsələnin qarşısı alınmalıdır. Əks halda, Rusiya gözlənilməz proseslərlə rastlaşa bilər. "Rusiya ruslar üçün şuarı" orada mövcud olan bir sıra xalqların azadlığını və müstəqiliyyinə təsir edən bir şüardır. Ona görə ki, Rusiya təkcə ruslardan ibarət deyil. Dini, etnik ölkə olduğu üçün bu proses Rusiya üçün xoşagəlməz hadisələrə gətirib çıxara bilər".

sia.az

Digər xəbərlər