PDF Oxu

Müxalifət

  • 30

"Milli Şura" - Müsavat və AXCP-ni ayıran yolayrıcı

"Milli Şura" - Müsavat və AXCP-ni ayıran yolayrıcı

Partiyalar arasında "birləşmə" heç "İctimai Palata"da da mümkün olmamışdı

Hələ bir neçə il öncə, daha dəqiq desək, 2010-cu il parlament seçkilərindən sonra "İctimai Palata" adlı qurumda birləşəcəklərini iddia edən iki dağıdıcı müxalifət partiyası - Müsavat və AXCP bu birləşməni reallaşdıra bilmədilər. Əslində isə bu gözlənilən vəziyyət idi və ümumiyyətlə inandırıcı görünmürdü ki, nə zamansa bir-birlərinin xeyirlərinə yarım addım olsa belə geri atmayan İsa Qəmbər-Əli Kərimli cütlüyü nə vaxtsa bu addımı atacaqlar. Xatırlatmaq yerinə düşərdi ki, məhz 2013-cü il prezident seçkilərinə vahid partiya qismində qatılacaqlarını iddia edən "cəbhə" və Müsavat rəhbərliyi son anda şəxsi siyasi mənfəətlərini güdaza verməkdən yan keçdilər. Məhz həmin dövrlərdə "İctimai Palata"da seçkilərə qatılacaq "vahid namizəd" faktoru müəyyənləşdirilməli olsa da nə İ.Qəmbər, nə də Ə.Kərimli bir-birlərinin "vahid namizəd" olmamasına əngəllər yaratdılar. Düzdür, həmin vaxt AXCP müəyyən mənada güzəştə gedəcəyini bəyan etsə də, həmin bəyanatdan sonra Müsavat tərəfi birləşmə oyuna qatılmayacağını bildirdi.

Bu arada AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ilginc açıqlaması ilə aranı yenidən qarışdıracaq bəyanat səsləndirib. F.Qəhrəmanlı bildirib ki, AXCP və Müsavat arasında əməkdaşlıq yalnız, "Milli Şura" çərçivəsində davam etdirilə bilər: "Bu iki partiyanın birləşməsi məsələsi bir neçə il əvvəl gündəmdə olub. AXCP qeyd-şərtsiz birləşmə ilə bağlı qərar qəbul edib. Lakin Müsavat AXCP-nin bu addımına adekvat reaksiya verməyib".

Məhz bu vasitə ilə Müsavat partiyasına, xüsusilə də, İ.Qəmbərə ittiham atəşi yağdıran Qəhrəmanlı qarşı tərəfə "İctimai Palata"dadakı dövrləri xatırladıb. O, sözügedən bəyanatı ilə iddia edib ki, lazım gələrsə, AXCP Müsavatı "Milli Şura"dan təcrid edə bilər.

Digər tərəfdən isə görünən budur ki, reallıqda "Milli Şura" AXCP ilə Müsavat arasında normal münasibətlərin yaranmasını heç də təmin edə bilmədi. Çünki "Milli Şura" yaradılmamış bir-birləri ilə "vahid namizəd"lik uğrunda barışmaz mübarizə aparanların sonradan bir araya gəlmələri məsələsində də səmimiyyət görünmür. Belə ki, həm Müsavat, həm də AXCP müvəqqəti olaraq "Milli Şura" daxilində Cəmil Həsənli məsələsində müvəqqəti olsa belə eyni mövqedən çıxış etsələr də, onların yollarının ayrılması an məsələsi də şübhəsizdir.

Məsələ həm də ondan iarətdir ki, prezident seçkilərinin başa çatması ilə AXCP və Müsavatın C.Həsənli ətrafında yaratdığı şounun, siyasi oyunbazlıqların da sonu çatdı. Hətta indinin özündə C.Həsənli də bilmir ki, kimin yanında olsun - İ.Qəmbərin, yoxsa Ə.Kərimlinin. Çünki hazırkı siyasi situasiyaya nəzər salsaq, onu da görərik ki, onları C.Həsənli maraqlandırmır. Onları maraqlandıran sadəcə gələcək aqibətləridir ki, bu da çox qaranlıq görünür.

Rövşən RƏSULOV

Digər xəbərlər