PDF Oxu

Müxalifət

  • 26

Asim Mollazadə: “Zor gücünə yaradılan təşkilatların gələcəyi ola bilməz”

Asim Mollazadə: “Zor gücünə yaradılan təşkilatların gələcəyi ola bilməz”

"SSRİ-ni iqtisadi üsullarla yenidən bərpa etmək və yeni bir sistem formalaşdırmaq niyyətində olan Rusiya Gömrük İttifaqının (Gİ) yaradılmasında çox maraqlıdır". Bunu SİA-ya açıqlamasında Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə deyib.Millət vəkili bildirib ki, Gİ yaradılarsa Rusiya qurumda dominant rol oynamaq niyyətindədir: "Məhz bu səbəbdəndir ki, bəzi dövlətlər bu ittifaqa daxil olmamaq üçün müqavimət göstərir".Ermənistanın bu ittifaqa daxil olması məsələsinə münasibət bildirən politoloq deyib ki, Ermənistan da bu quruma zorla, ev sahibləri tərəfindən daxil edilir. Ancaq Ermənistanın müqavimət göstərməyə çalışmasına baxmayaraq, əminəm ki, Gömrük İttifaqına üzv olacaq".Millət vəkili vurğulayıb ki, Gİ yaradılsa belə gələcəyi olmayan bir təşkliat olacaq: "Ümumiyyətlə bu təşkilatın gələcəyinə inanmıram. Çünki Gömrük İttifaqına qoşulan dövlətlər hər zaman maraqların toqquşması ilə rastlaşacaqlar. Bununla yanaşı Rusiya təşkilata üzv olan dövlətlərə qarşı öz təzyiqlərini artıracaq və təbii olaraq da buna müqavimət hər bir ölkə tərəfindən həyata keçiriləcək. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, zor və hədə-qorxu üzərində qurulan təşkilatın gələcəyinə inanmıram".Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Türkiyənin Gİ-ya qoşulması təklifi məsələsinə gəlincə isə A.Mollazadə deyib ki, bu istəyə baxmayaraq, Türkiyənin Gömrük İttifaqına daxil olması inandırıcı deyil: "Türkiyə Avropa Gömrük İttifaqının üzvüdür. Heç bir halda Türkiyə belə bir qurumda yer almayacaq".Millət vəkili əlavə edib ki, Gİ-yə daxil olmaq istəməyən ölkələr arasında Ukrayna xüsusi yer tutur: "Ukrayna da bu quruma daxil olmaq niyyətində deyil. Hətta, Rusiya tərəfdarı olan indiki iqtidar da buna müqavimət göstərir. Ukrayna dəfələrlə bəyan edib ki, Avropa Birliyinə İnteqrasiya bu ölkə üçün əsas prioritetlərdəndir. Ukraynanın da könüllü şəkildə Gömrük İttifaqına qoşulamsı inandırıcı deyil".

sia.az

Digər xəbərlər