Tahir Kərimli: "Milli Şura"da istefaların sayı artacaq"
"Milli Şura"nın ideya müəlliflərinin qurduğu plan baş tutmadı. Çünki hansısa planın baş tutması üçün həmin plan üzərində işləyənlərin savadı, ağılı və məntiqi olmalıdır. Bu insanlar isə sadaladıqlarmızdan uzaq olduqları üçün onların heç bir planları baş tutmur və heç tutmayacaq da.
Vəhdət partiyasının sədri Tahir Kərimli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, "Milli Şura"nın planı baş tutmadı: "Bu planın baş tutmayacağı da əvvəlcədən bəlli idi. Bir sözlə, yalan məntiq üzərində qurulan bir qurumun aqibəti belə də olmalı idi. Çünki "Milli Şura"ya toplaşan insanlar qabağa getmək üçün biri-birini gözdən salanlardan ibarət idi. Heç bir gücə və sosial bazaya arxalanmayan partiyaların hər hansı bir məsələdə irəliyə getməsi mümkün deyil. Ümumiyyətlə, "Milli Şura"da təmsil olunan şəsxlərin ambisioz mövqeləri olduğu üçün bu qurumu bu cür çıxılmaz və pərakəndə bir vəziyyətə salıb. Ona görə də, müxalifət düşərgəsində təmsil olunan partiyaların inkişaf və tərəqqisi mümkün deyil. Çünki partiya rəhbərləri qurumun irəliləyişini fikirləşməkdənsə, özünün şəxsi ambisiyalarını ön plana çəkərək, bildiklərini babalarına vermirlər. Belə olan halda da müxalifətdə heç bir irəliləyişin olmasından söhbət gedə bilməz".
T.Kərimlinin sözlərinə görə, artıq müxalifət düşərgəsində olan insanlar da müxalifətin boş-boş yalan vədlər verməsindən yorulub: "Ona görə də, həmin şəxslər müxalifət düşərgəsindən istefa verərək, onun sıralarına tərk edirlər. Bu proses get-gedə daha da gücləndiyindən və müxalifətdə partiya rəhbərlərindən başqa heç kəs qalmayacaq. Burada bir məsələ çox maraqlıdır. Bu məsələ də olnadan ibarətdir ki, müxalifət partiya rəhbərləri bu cür yalan vədlər verə-verə gedirlərsə, bəs axırları hara gedib çıxacaq? Bunu özləri fikirləşməkdənsə, müxalifətə heç bir aidiyyatı olamayan şəxslər fikirləşirlər. Ümumiyyətlə, müxalifət siyasi iflasa məhkumdur. Bu da, onu deməyə əsas verir ki, artıq "Milli Şura" dağılmqdadır".
Partiya sədri onu da bildirdi ki, hər zaman olduğu kimi, yenə müxalifət partiya rəhbərləri öz çirkin məqsədlərini həyata keçirmək üçün alət kimi heç bir günahı olmayan şəsxlərdən istifadə edirlər: "Qəsdən bunu edirlər ki, özlərini reklam etsinlər, diqqət mərkəzinə çevrilsinlər. Bir sözlə, müxalifətçilər məğlubiyətə dücar olduqları ilə barışmaq istəmirlər. Yəni, dağdıcı müxalifət bundan sonra heç nəyə nail ola bilməz".
GÜLYANƏ