PDF Oxu

Müxalifət

  • 30

Cəmil Həsənli riyakarlığın və ikiüzlülüyün simvoluna çevrilir

Cəmil Həsənli riyakarlığın və ikiüzlülüyün simvoluna çevrilir

Müxalifət düşərgəsində bu gün bir, sabah isə fərqli fikirlə çıxış edib, ideya irəli sürmək adi hala çevrilir. Siyasilər ictimai rəydə tənqidlə qarşılanan bu cür mövqelərinə don geyindirmək üçün fərqli fikirlərini siyasi stuasiyaya uyğun atılan addım, verilən qərar kimi dəyərləndirirlər. Hətta Müsavat icra aparatının rəhbəri Arif Hacılı anormal düşüncə tərzlərini partiyanın maraqlarına uyğun ifadə edildiyini qeyd edib. Yəni A.Hacılının iddiasına əsasən, xəzri küləyi kimi dəyişən mövqeləri milli və dövlətçilik, eləcə də, müxalifətin maraqlarından öncə Müsavatın prinsip və mənafeyinə uyğun dəyişir. Bu isə açıq şəkildə müxalifətin dayaz düşüncəyə, ağılsız siyasi biliklərə malik olduğunu göstərir. Çünki burnundan uzağı görə bilməyənin siyasi iddialarla çıxış etməsi gülüş doğurmaya bilməz.Araşdırmalara əsasən demək olar ki, fərqli mövqeyə yenicə siyasətə baş vuran şəxslər arasında da müşahidə olunur. Misal kimi "Milli Şura"nın "vahid namizədi" olmuş C.Həsənlinin eyni məsələyə A.Hacılısayağı münasibət bildirməsini göstərmək olar. Bu baxımdan, müxalifət düşərgəsində xroniki xəstəliyin geniş yayıldığını və bu xəstəliyin müalicəsinin mümkünsüz olduğunu demək olar. Xatırladaq ki, 2005-2010-cu illərdə Milli Məclisin üzvü olarkən C.Həsənli doğrudan da, əsil elm adamı kimi fəaliyyət göstərib, məsələlərə professor kimi münasibət bildirib. 2010-cu ilin noyabr ayında 2011-cu ilin dövlət büdcəsi müzakirə olunan zaman C.Həsənli büdcənin ümumxalq maraqları ifadə etdiyini bildirmişdir: "Bu gün 2011-ci il dövlət büdcəsi müzakirə olunur. Demək istəyirəm ki, müzakirəyə təqdim olunan büdcə kifayət qədər peşəkarcasına hazırlanıb. Büdcə gəlirləri artım tempini saxlamaqdadır. Təbii ki, bu, müsbət tərəfdir."C.Həsənli büdcədən təhsilin inkişafına ayrılan vəsaitlərin təhsilə göstərilən qayğı kimi dəyərləndirir: "Qeyd etmək istəyirəm ki, son bir neçə ildə büdcə və qeyri-büdcə vəsaiti hesabına Azərbaycan məktəblərinin maddi-texniki bazasının təkmilləşdirilməsi, məktəb binalarının yenidən tikilməsi istiqamətində böyük uğurlar əldə edilir. Azərbaycan Təhsil Nazirliyi tərəfindən uzaq dağ kəndlərinə müəllimlərin xüsusi şərtlərlə göndərilməsi istiqamətində büdcə vəsaitindən səmərəli istifadə edilir."Qeyd olunanlar C.Həsənlinin Milli Məclisdə etdiyi çıxışının stenoqrammalardandır. Aradan iki il keçməmiş C.Həsənlinin mövqeyini dəyişdiyini sübut edən fikirlər səsləndirməyə başladı. "Milli Şura"da haqqında deyilən tərifli sözlərdən ruhlanan C.Həsənli Azərbaycan təhsili ilə bağlı ağzıgöyçəkliyin təsdiqi olan çıxışlar etdi. Bu isə C.Həsənlinin simasızlığının və ikiüzlülüyünün göstəricisi sayıla bilər. Söz yox ki, quru təriflər, təhqirli fikirlərlə əvəz olunduqdan sonra C.Həsənli yenidən ən azı iki il öndəki dönəminə qayıdacaq. O zaman isə gec olacağı şübhəsizdir. Çünki yenə də sağlam cəmiyyət onu ikiüzlülükdə və simasızlıqda günahlandıracaq.

İ.ƏLİYEV

Digər xəbərlər