ADP sədri Sərdar Cəlaloğlu Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənlinin Müsavat başqanı ola biləcəyini mümkünsüz hesab edir. SİA-nın məlumatına görə, ADP sədri Cəmil Həsənlini Müsavata nəinki başqan, heç məclis sədri də qoymazlar."Ona görə ki, Cəmil Həsənli AXCP üzvü olub və Müsavat kimi partiyaya rəhbərlik etmək üçün tələb olunan keyfiyyətə malik deyil. Həmçinin, bu və digər amillər onun Müsavata başqan gətirilməsini tam istisna edir" – deyə o bildirib.Seçki kampaniyası zamanı Cəmil Həsənlinin məntiqə sğımayan çıxışlarını da xatırladan S.Cəlaloğlu onun Müsavat başqanı olması üçün əsas yaratmadığını vurğulayıb.
sia.az