PDF Oxu

Müxalifət

  • 39

"Mehriban düşmənlər" Rüstəm İbrahimbəyova qarşı birləşdi

"Mehriban düşmənlər" Rüstəm İbrahimbəyova qarşı birləşdi

Rüstəm İbrahimbəyovun sonuncu müsahibəsi Müsavat və AXCP arasında ciddi narazılığa səbəb olub. SİA-nınməlumatına görə, cəmiyyətdə mehriban düşmən kimi tanın Müsavat və AXCP rəsmiləri İbrahimbəyovun iddialarında yanıldığını bildirirlər.

Qeyd edək ki, Milli Şuranın sədri Rüstəm İbrahimbəyov bildirib ki, partiya liderləri Milli Şurada həmsədr olsalar, qurumu məhv edərlər və Milli Şura İctimai Palataya çevrilər.

"Rüstəm İbrahimbəyovun siyasi partiya rəhbərlərinin həmsədrliyini Milli Şuranın məhvi kimi qiymətləndirməsi, onun siyasətçi olmaması ilə əlaqədardır".

Bunu Müsavat Partiyası başqanının müavini, Milli Şuranın üzvü Gülağa Aslanlı sözügedən məsələ ilə bağlı öz aşıqlamasında bldirib. Müsavat funksioneri isə R. İbrahimbəyovun bu cür yanaşmasını düzgün hesab etmir: "Bu fikirlə razı deyiləm…Ona görə də, Rüstəm İbrahimbəyovun bu cür şərhini onun siyasətçi olmaması ilə bağlayıram".

AXCP sədrinin müavini Gözəl Bayramlı da öz növbəsində R. İbrahimbəyovun fikri ilə razılaşmadığını bildirib: "Hesab etmirəm ki, Milli Şuraya partiya sədrləri rəhbərlik etsələr, qurumun taleyi şübhə altında olar…".

Beləliklə, son ana qədər qarşılıqlı ittihamlarla çıxış edən AXCP və Müsavat partiyaları Rüstəm İbrahimbəyova qarşı birgə etirazlarını bildirməklə, əslində, Milli Şuranın parçalanmasının əsasını qoymuş oldular. Bununla da yaxın günlərə qurumdaxili ixtilafların artacağını istisna etmək olmaz.

sia.az

Digər xəbərlər