PDF Oxu

Müxalifət

  • 57

Rauf Arifoğlu Əli Kərimlini də məhkəməyə verə bilər

Rauf Arifoğlu Əli Kərimlini də məhkəməyə verə bilər

Məlumdur ki, Rauf Arifoğlu onu təhqir edən AXCP üzvünü polisə verib. Həmçinin, o bildirib ki, onu təhqir edənlər bir ya iki nəfərdən ibarət olmayıb. 10-dan çox AXCP üzvü eyni vaxtda onun facebook-dakı səhifəsinə təhqir dolu mesajlar göndəriblər.Aldığımız məlumata əsasən, AXCP üzvünün məhkəməyə verilməsi partiya sədri Əli Kərimlini özündən çıxarıb. Adının açıqlanmasını istəməyən mənbənin SİA-ya verdiyi məlumata görə, Ə.Kərimli partiya daxili iclasda R.Arifoğlunun döyülməsi fətvasını verib. "Yurd" şefi söyləyib ki, "Yeni Müsavat" qəzetinin baş redaktoru artıq bütün münasibətlərə od vurub və onu cəzalandırmağın zamanı yetişib.Həmçinin məlumatda o da qeyd olunur ki, R.Arioğlu artıq AXCP sədrinin onun döyülməsi haqqında verdiyi fətvadan xəbərdardır və yaxın zamanlarda o, bununla bağlı da polisə müraciət edərək, Ə.Kərimlidən şikayət edə bilər.

sia.az

Digər xəbərlər