PDF Oxu

Müxalifət

  • 48

Musa Qasımlı: “Cənab Prezidentin “İlin adamı” adlandırılması təbiidir”

Musa Qasımlı: “Cənab Prezidentin “İlin adamı” adlandırılması təbiidir”

"Cənab Prezident İlham Əliyevin Prezidentliyinin ilk 10 ili Azərbaycan tarixinin qızıl dövrü hesab edilə bilər. Bu dövr həm daxili, həm də xarici siyasət baxımından tariximizdə bir sıra ilklərlə yadda qaldı". Bunu SİA-ya millət vəkili, professor Musa Qasımlı geniş oxucu kütləsinə malik nüfuzlu "VİOAS" ("Hind okeanının və Ərəb dənizinin səsi") jurnalının Azərbaycan Prezidenti İlham Əliyevi dünyada "İlin adamı" elan etməsi məsələsinə münasibət bildirərkən deyib."Prezident İlham Əliyev xarici hərbi bazanı Azərbaycandan çıxardı və ölkəmiz hərbi baza və obyekt olmayan bir dövlətə çevrildi. 1828-ci ildən bəri Azərbaycanda başqa ölkənin hərbi bazası olub. Ölkə başçısı BMT Baş Məclisində nitq söyləyən ilk baş nazirimiz idi. İlham Əliyev Azərbaycanı BMT TŞ-ya qeyri-daimi üzv edən və onun iclasına sədrlik edən ilk dövlət adamımızdır. Dövlət başçısı Azərbaycanın xəritədə axtarılmasına son qoyan, ölkəmizin xarici bazarlara çıxışlarını təmin edən və yeni bazarlarda Azərbaycanın yerini möhkəmləndirən liderdir. Eləcə də İlham Əliyev kiçik Azərbaycanı Avropanın Enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayan ölkəyə çevirən şəxsiyyətdir. Dövlət başçımızın siyasəti nəticəsində Azərbaycan tranzit-keçid ölkəsinə çevrilib və dünya siyasətində əhəmiyyəti artıb. Məhz buna görə də hesab edirəm ki, cənab Prezidentin dünyada "İlin adamı" adlandırılması təbii və qanunauyğundur".

sia.az

Digər xəbərlər