PDF Oxu

Müxalifət

  • 59

Asəf Quliyev: “İctimai Palatanın adı qalıb”

Asəf Quliyev: “İctimai Palatanın adı qalıb”

AXCP-dən, Milli Şuradan və İctimai Palatadan istefa verərək, "Xalq Arzusu" Hərəkatını yaradan Asəf Quliyev müxalifətin Milli Şura, yoxsa İctimai Palata formatında fəaliyyət göstərməsinə münasibətini bildirib.

SİA-nın məlumatına görə, Hərəkat rəhbəri heç bir qurumun uğurlu fəaliyyət göstərmədiyi qənaətindədir: "Mən AXCP və Milli Şuradan istefa verərkən, İctimai Palatadan da imtina etmişdim. İctimai Palatanın təmsilçisi deyiləm".

Asəf Quliyev qeyd edib ki, nə Milli Şura, nə də ki İctimai Palata öz məqsədinə çata bilmədi: "Lakin Milli Şura yaranıbsa, bu zaman İctimai Palatanın fəaliyyət göstərməsi normal deyil. İctimai Palatanın adı qalıb. Onun heç bir fəaliyyəti yoxdu. Artıq eyni partiyaların təmsil olunduğu Milli Şura yaranıbsa, İctimai Palatanı saxlamaq anormallıqdı. Milli Şura yaranıbsa, İctimai Palata avtomatik olaraq buraxılmalı idi".

sia.az

Digər xəbərlər