PDF Oxu

Müxalifət

  • 30

Rauf Arifoğlu: “AXCP Müsavat Partiyasına təşəkkür etməlidir”

Rauf Arifoğlu: “AXCP Müsavat Partiyasına təşəkkür etməlidir”

"Yeni Müsavat" qəzetinin baş redaktoru, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Rauf Arifoğlu Müsavat Partiyasını dərhal Milli Şuradan ayrılmağı məsləhət görüb. SİA-nın məlumatına görə, Rauf Arifoğlu bunu adıçəkilən qurumun təsir altında qalması ilə əlaqələndirib.

İctimai Palata təmsilçisi AXCP-nin Müsavat Partiyasını hədəfə almasına da münasibət bildirib və qeyd edib ki, əslində, cəbhəçilər müsavatçılara təşəkkür borcludurlar: "Onsuz da İbrahimbəyovun Milli Şurada fəaliyyəti yox idi. Sadəcə xarici ölkə vətəndaşının Azərbaycan müxalifətinin fəxri sədri olması uyğun deyildi və o uyğunsuzluq aradan qaldırıldı. Onun fəxri sədrlikdən imtina etməsi bu baxımdan doğru addımdır. Bu məsələdə Müsavat Partiyasına təşəkkür etmək lazımdır, partiyanı günahlandırmaq məntiqə uyğun deyil. Çünki Müsavat Partiyası Milli Şura quruluşunun tarixində iki dəfə müxalifət düşərgəsini yanlış addımdan qaytardı. Bir dəfə Qərb yönümlü kursun, Avroatlantik məkana inteqrasiya kursunun niyyət bəyannaməsinə salınması idi və buna nail oldu və bu çox böyük məsələ idi. İkinci dəfə isə Müsavat Partiyası xarici bir vətəndaşın və başqa ölkə qarşısında öhdəlikləri olan vətəndaşın, daha doğrusu, Rusiya vətəndaşının Azərbaycan müxalifətinin rəhbəri olması kimi Azərbaycan tarixində analoqu olmayan bir hadisənin qarşısını aldı".

sia.az

Digər xəbərlər