PDF Oxu

Müxalifət

  • 20

"Müsavat “Milli Şura”nı tərk etməklə özünü sığortalamış oldu"

"Müsavat “Milli Şura”nı tərk etməklə özünü sığortalamış oldu"

"Müsavatın bu addımını olduqca təbii qarşılayıram, çünki belə olacağı əvvəldən bəlli idi. "Milli Şura" yarananda Müsavatın başqanı İsa Qəmbər özü deyirdi ki, qurumun yaradılması Rusiyanın layihəsi idi. Bununla yanaşı, onların heç biri həzm edə bilmirdilər ki, müxalifətçi olmayan Rüstəm İbrahimbəyov quruma sədrlik etsin. Odur ki, Müsavat baş verənlərlə barışmaq istəmirdi. Ona görə də bu parçalanma gözlənilən idi". Bu fikirləri SİA-ya açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli Müsavat Partiyasının "Milli Şura"dan çıxmasına münasibət bildirərkən deyib.Onun sözlərinə görə, "Milli Şura"nın 2013-cü ilin oktyabrın 9-da keçirilən prezident seçkilərində strateji cəhətdən ciddi məğlubiyyətə uğraması hər kəsə məlumdur: "Həmin məğlubiyyətin səbəbini isə bir-birilərinin üzərinə atmağa çalışırlar. Təbii ki, Müsavat "Milli Şura"nı tərk etməklə məğlubiyyəti qurumun tərkibində qalanların üzərinə atmaq istəyib. Bütün bunların hamısı Müsavatın özünü sığortalamaq cəhdidir". Qeyd edək ki, Müsavat Partiyası "Milli Şura"dan çıxıb. Bu barədə qərar partiyanın dünən keçirilən Divanında verilib. Qərarda qeyd edilir ki, "Milli Şura" prezident seçkiləri ilə əlaqədar yaradılan qurumdur, prezident seçkiləri arxada qaldığından "Milli Şura" artıq missiyasını başa çatdırıb. Eyni zamanda bildirilir ki, prezident seçkilərindən sonra yeni situasiya yaranıb və bu situasiyaya uyğun olaraq yeni modellər, birliklər yaradılmalıdır.

sia.az

Digər xəbərlər