"Müsavat və AXCP arasında baş verən qarşıdurmaların tarixi qədimdir. Onlar heç vaxt bir-birlərinə qarşı səmimi olmayıblar". Bu fikirləri SİA-ya Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov adıçəkilən partiyalar arasında baş verən son hadisələrə münasibət bildirərkən deyib.Ə.Orucov qeyd edib ki, onlar hər zaman bir-birlərinin eloktoratını ələ keçirməyə çalışıblar: "Bütün bunlara görə onlar arasında qarşıdurmalar yaşanır. Onların bu münasibətlərinin simasında ümumi müxalifət zərbə alır. Ona görə də hər iki qurumu baş verənlərə görə qınayıram".Xatırladaq ki, Müsavat və digər müxalifət partiyalarının funksionerləri iki partiya arasında baş verənləri AXCP sədri Əli Kərimlinin xəyanətkar addımları ilə əlaqələndirirlər. Hətta bəzi partiya rəsmiləri Ə.Kərimlini Azərbaycan siyasətinin xəyanət simvolu hesab edir. Bəziləri isə hadisələrin kökünü Əli Kərimli və İsa Qəmbərin bir-birinə olan patoloji nifrəti ilə əlaqələndirirlər.
sia.az