PDF Oxu

Müxalifət

  • 25

Müsavat: “AXCP fəallarının aramsız ittihamları ilə əlaqədar biz öz qərarımıza yenidən baxa bilərik”

Müsavat: “AXCP fəallarının aramsız ittihamları ilə əlaqədar biz öz qərarımıza yenidən baxa bilərik”

Müsavat rəsmiləri cəbhəçilərin onlara qarşı sərt ittihamlarla çıxış etmələrinə son qoymağı tələb edirlər. SİA-nın məlumatına görə, bu dəfə Müsavat Partiyası təşkilat komitəsinin rəhbəri Rasim Əmiraslanlı sözügedən məsələyə münasibət bildirərkən deyib ki, AXCP rəhbərliyinə daxil olan şəxslərin Müsavata qarşı hücumları göz qabağındadır və bu səbəbdən, cəbhəçilərin davamlı ittihamları ilə bağlı verilən qərarlara yenidən baxıla bilər: "Müsavat Partiyasının fəalları ittihamlara cavab vermək üçün moratoriumun aradan qaldırılması təklifi ilə çıxış ediblər. Əgər qarşı tərəfin ittihamları dayanmasa, biz moratoriumu ləğv etməyə məcbur olacağıq".

Xatırladaq ki, Müsavat Partiyası müxalifət qüvvələri arasında ittihamlara birtərəfli qaydada moratorium qoyulması haqqında qərarını ləğv edə bilər.

sia.az

Digər xəbərlər