"Tural Abbaslının hansısa fikrinə münasibət bildirməyi özümə yaraşdırmıram." SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı Müsavat Partiyasının Divan üzvü Tural Abbaslının qarşı tərəfin təmsil olunduğu partiyadan üzrxahlıq etmək tələbinə münasibətini açıqlayarkən bildirib.Fuad Qəhrəmanlı Tural Abbaslını ciddi adam hesab etmədiyini də açıqlayıb: "O, ciddi insan deyil. Bütün jurnalistlərdən də istəyim budur ki, Tural Abbaslının hansısa fikrinə görə məni narahat etməsinlər".
sia.az