"AXCP, Müsavat və onların ortaq yaratdıqları Milli Şura deyilən qurum Azərbaycanın siyasi arenasında heç bir nüfuza sahib olmayıb və bundan sonra da olmayacaq. Bu özünü hər gün Milli Şuradan edilən istefalarda da büruzə verir". Bu fikirləri SİA-ya Azərbaycan Milli Azadlıq Cəbhəsi Partiyasının (AMAC) sədri Hürrü Əliyev radikal müxalifətin hazırkı durumuna münasibət bildirərkən deyib.Onun sözlərinə görə, özlərini Əbülfəz Elçibəyin ideologiyasının davamçıları adlandıranlar bir-biriləri ilə çəkişməkdən başqa bir işə yaramırlar: "Onlar bitiblər. Özləri bunu qəbul etmək istəməsələr də cəmiyyət bunu çoxdan bu cür qəbul edib. Artıq Azərbaycan siyasətində sivil, demokratik şəkildə fəaliyyət göstərən müxalifət partiyaları mövcuddur. Onlar bu arenanı tərk etsələr yaxşı olar".
sia.az