"AXCP və Müsavat partiyalarının dəfələrlə bir-biriləri ilə kəskin şəkildə savaşdıqlarının və sonradan yenidən birləşdiklərinin şahidi olmuşuq. Lakin təbii ki, bu kimi birləşmələr hər zaman ikiüzlülük əlaməti kimi başa düşülüb. Çünki hər iki partiya cəmiyyəti, xalqı düşünərək birləşməyib. Onlar öz şəxsi maraqları naminə birləşiblər. Bundan sonra da belə olacaq". Bu fikirləri SİA-ya açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə Müsavat və AXCP arasında davam edən münaqişəyə münasibət bildirərkən söyləyib.İqbal Ağazadə həmçinin, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının onun barəsində söylədiklərinə cavab verib-verməyəcəyi ilə bağlı sualımızı cavablandırarkən bildirib ki, Fuad Qəhrəmanlı onun üçün heç kimdir: "Fuad Qəhrəmanlı kimdir ki, mən onun hansısa fikrinə cavab verəm və ya münasibət bildirəm?".
sia.az