PDF Oxu

Müxalifət

  • 43

Çingiz Qənizadə: Hüquq müdafiəçisi bitərəf olmalıdır

Çingiz Qənizadə: Hüquq müdafiəçisi bitərəf olmalıdır

"Bəzi "hüquq müdafiəçiləri"nin hazırladıqları hesabatların reallıqla heç bir əlaqəsi yoxdur". Bu fikri Demokratiya və İnsan Haqları Komitəsinin sədri, Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.

Ç.Qənizadə bildirib ki, hüquq müdafiəçisi bitərəf olmalıdır. Onun sözlərinə görə, ölkəmizdə bəzi şəxslər kimlərinsə sifarişini yetirir.

"Onlar isə kimlərinsə sifarişlərini yerinə yetirirlər. Ölkə daxilində heç bir hüquq müdafiəsi ilə məşğul olmayan və informasiyaları internetdən götürüb xaricə ötürməklə fəaliyyətini quran bir adamın siyahısı necə həqiqət ola bilər? Buna görə də hesab edirəm ki, Avropa" belə məsələlərə dəstək verməyəcək"- deyə, Ç.Qənizadə qeyd edib.

yap.org.az

Digər xəbərlər