PDF Oxu

Müxalifət

  • 13

"Ermənistan Azərbaycanla rəqabət apara bilməyəcəyinin fərqindədir"

"Ermənistan Azərbaycanla rəqabət apara bilməyəcəyinin fərqindədir"

"Məhz əlamətdar günlərdə ermənilərin atəşkəs rejimini pozması adət halını alıb. Onların bu hərəkəti sadəcə bir fon yaratmağa hesablanıb. Bu hərəkətləri ilə, guya Qarabağ erməniləri öz torpaqlarını qorumaq istəyirlər. Rəhbərlik qondarma respublika yaradaraq danışıqlarda iştirak etmək istəyir. Təbii ki, bu da qeyri-mümkündür". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev ermənilərin son günlər atəşkəs rejimini hansı səbəbdən pozmasını şərh edərkən deyib.Onun sözlərinə görə, əgər Dağlıq Qarabağda azərbaycanlılarla ermənilər birlikdə yaşayırsa, o zaman beynəlxalq aləm hər iki qurumun iştirakçılarını danışıqlar prosesinə dəvət etməlidir: "Erməni və Qarabağ İcması da həmin danışıqlarda iştirak etməlidir. Lakin onların istəyi əsas deyil. Danılmaz faktdır ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Heç kəsə sirr deyil ki, ermənilərin atəşkəs rejimini pozması təxribat xarakterlidir. Hətta bir müddət əvvəl atəşkəsi pozaraq günahı Azərbaycanın üzərinə atdılar. Sonradan məlum oldu ki, baş verənlər, məhz ermənilərin işidir".Millət vəkili vurğulayıb ki, bu gün Ermənistanın Azərbaycanla rəqabət aparmaq gücünə malik olmadığı bəllidir: "Qeyd etmək lazımdır ki, hər il hərbi sahəyə ayrılan büdcə artır. Ali baş komandanımızın bir əmri kifayətdir ki, Qarabağ sakinləri silahlanıb torpaqlarımızı geri alsınlar. Ona görə də ermənilərin fon yaratmaq xətrinə atəşkəsi pozması heç bir əhəmiyyət kəsb etmir".

sia.az

Digər xəbərlər