"Bu məsələ ilə bağlı bizdə konkret olaraq heç bir müzakirə aparılmayıb. Lakin partiya rəhbərliyi təklifləri müzakirə etdikdən sonra hər hansı qərar qəbul edə bilər". Bu fikirləri SİA-ya Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KAXCP) sədr müavini Xəzər Teyyublu AMİP sədrinin DQB-də təmsil olunan partiyaların Milli Şuradan çıxaraq yaradılacaq seçki blokuna qoşulma təklifinə münasibət bildirərkən deyib.
KAXCP rəsmisi bununla bağlı onu da deyib ki, DQB-nin seçki blokuna çevrilməsi real görünmür: "Demokratik Qüvvələr Birliyinin seçki blokuna çevrilib-çevrilməyəcəyi zamanın işidir. Lakin bütün bunlara baxmayaraq, bundan sonra DQB-də təmsil olunmaq qərarı KAXCP-də müzakirə oluna bilər və müvafiq qərarlar ətrafında müzakirələr aparılar. Ancaq bu məsələ bizdə konkret olaraq müzakirə edilməyib".
Qeyd edək ki, AMİP sədri Yusif Bağırzadə DQB-nin seçki blokuna çevirməsini və adıçəkilən birlikdə təmsil olunan siyasi partiyaların həmin blokda birləşməsini təklif edib. DQB-də üç partiya təmsil olunur. Bunlar KXCP, yeni təsisi olunmuş Azad Demokratlar Partiyası (AzDP) və Böyük Azərbaycan Partiyasıdır (BAP) ki, bu partiyalar həm də Milli Şurada təmsil olunurlar.
sia.az