PDF Oxu

Müxalifət

  • 13

Eldar Namazov: “Ramin Hüseynovun fikirləri önəmli deyil”

Eldar Namazov: “Ramin Hüseynovun fikirləri önəmli deyil”

"Mən Milli Şura ilə bağlı lazım olanları demişəm. Bu məsələ ilə bağlı kimlərinsə haqqımda nələrsə deməsinə ehtiyac yoxdur və ya deyilsə belə, buna cavab vermək istəmirəm". Bu fikirləri SİA-ya açıqlamasında "El" Hərəkatının sədri Eldar Namazov Vətəndaş və İnkişaf Partiyası sədrinin müavini Ramin Hüseynovun "Eldar Namazov özünün yaradıcılarından biri olduğu Milli Şuranı yarı yolda qoyub qaçdı" fikrinə münasibət bildirərkən söyləyib.Eldar Namazov onu da bildirib ki, Ramin Hüseynovun fikri onun üçün heç bir məna kəsb etmir, bu səbəbdən də zamanını onun kimi şəxslərə itirməyə həvəsi yoxdur: "VİP təmsilçisinin nə düşünməsi mənim üçün heç bir məna daşımır və buna cavab verməyi də özümə vaxt itkisi hesab edirəm".Xatırladaq ki, bir neçə siyasi təşkilat Eldar Namazovun Milli Şuradan istefasını Qərb tərəfdən aldığı təlimatlarla əsaslandırmaqdadırlar.

sia.az

Digər xəbərlər