"Müsavat Partiyası Rəsulzadə, Elçibəy yolunda olub və bu yolu gedir. Kimin nə deməsindən asılı olmayaraq bizim getdiyimiz yol budur". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı AXCP sədrinin müavini Nurəddin Məmmədlinin "Əgər Müsavat Partiyasında sağlam qüvvələr, müsavatçılıq ruhunu, Məhəmməd Əmin Rəsulzadə, Elçibəy yolunun davamçısı olmaq iddiasını ortaya qoysalar, həmin andan biz Müsavat Partiyası ilə əməkdaşlıq edəcəyik" fikrinə münasibət bildirərkən söyləyib.Gülağa Aslanlı, Nurədddin Məmmədlinin bu fikirlərini yalnış olduğunu bildirərək, qeyd edib ki, onun nə deməsindən asılı olmayaraq təmsil olunduğu partiya getdiyi yolun doğru olduğunu anlayır və bu yolu davam etdirməkdə israrlıdırlar: "Nurəddin bəyin fikirlərindən, söylədiklərindən asılı olmayaraq biz yolumuzun Rəsulzadə, Elçibəy yolu olduğunu bir daha söyləyirik".Qeyd edək ki, Müsavat Partiyası Milli Şuradan ayrıldıqdan sonra hər iki partiya arasında kəskin fikir ayrılıqları və ittihamlar baş qaldırıb.
sia.az