"Eldəniz Quliyevin səviyyəsi yoxdur. Mən və müavinim Ramin Hüseynov onun səviyyəsinə enmək istəmirik. O, başından böyük danışır, çünki Eldəniz Quliyev ümumiyyətlə, bizimlə mübarizə apara bilmək gücündə deyil". Bu fikirləri SİA-ya açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev "El" Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyevin onun və müavini Ramin Hüseynovun ünvanına təhqir ifadələri ilə dediyi "Mən küçə tərbiyəsi görmüş birisinə və qədim peşə sahibinə fikir bildirmək istəmirəm" sözlərinə münasibət bildirərkən söyləyib.Əli Əliyev Eldəniz Quliyevin fikirlərinə kəskin reaksiya göstərərək onu da qeyd edib ki, yaxın günlərdə qarşı tərəfi siyasi və hüquqi müstəvidə sərt cəzalandırmağı düşünürlər: "Biz Eldəniz Quliyevi siyasi və hüquqi müstəvidə çox sərt şəkildə cəzalandıracağıq".
sia.az