"Milli Şuranı süni şəkildə gündəmdə saxlanılmamalıdır və orada olan lazımsız məsələlər ictimaiyyətin müzakirəsinə çıxarılmamalıdır". Bu fikirləri SİA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu qurum daxilində baş verən böhranlı vəziyyətə və istefalara münasibətini açıqlayarkən bildirib.Sərdar Cəlaloğlu onu da xatırladıb ki, Rüstəm İbrahimbəyovun seçki ərəfəsində Azərbaycana gələ bilməməsi məlum olandan sonra Milli Şura amili birdəfəlik gündəmdən çıxıb "Milli Şura əslində, yerdə qalan bir neçə adamın ittifaqıdır".Xatırladaq ki, ADP sədrindən öncə digər partiya sədrləri də öz növbələrində bəyan etmişdilər ki, Milli Şura artıq bir neçə fərdin qurumuna çevrilib və xüsusilə, AXCP-nin inhisarı altında fəaliyyət göstərir.
sia.az