PDF Oxu

Müxalifət

  • 11

Eldəniz Quliyev: “Əli Əliyevin siyasətdən olduğu kimi hüquqdan da başı çıxmır”

Eldəniz Quliyev: “Əli Əliyevin siyasətdən olduğu kimi hüquqdan da başı çıxmır”

"Əli Əliyev və onun yan-yörəsindəkilər bir şeyi anlaya bilmir ki, təhqiri onlar ediblər, mən yox. Bunların siyasətdən olduğu kimi hüquqdan da başları çıxmır". Bu fikirləri SİA-ya açıqlamasında "El" Hərəkatının Ali Məclis sədri Eldəniz Quliyev Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin onu məhkəməyə verməsinə münasibət bildirərkən söyləyib.Eldəniz Quliyev qeyd edib ki, Əli Əliyev gündəmdə qalmaq üçün bu cür addımlar atıb: "Onlar gündəmdə qalmaq üçün belə bir addım atdılar və məni təhqir etdilər. Bunun başqa adı yoxdur. O, hüquqi müstəvidə mənlə çəkişmək istəyirsə, əvvəlcə baxsın görsün ki, mən təhqir olunmuşam. Əslində mən onları məhkəməyə verməliyəm, onlar məni yox".

sia.az

Digər xəbərlər