PDF Oxu

Müxalifət

  • 11

Gülağa Aslanlı: “Mənim də Müsavat başqanlığına iddiam ola bilər”

Gülağa Aslanlı: “Mənim də Müsavat başqanlığına iddiam ola bilər”

"Müsavat Partiyasında İsa Qəmbərdən başqa başqanlığa layiq olan kifayət qədər şəxslər var. Bəzi adamların Müsavatda guya başqanlığa layiq kiminsə olmadığını deməsi tamamilə əsassızdır". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı bildirib.Yazıçı Həmid Herisçi və jurnalist Çingiz Sultansoyun "Müsavatda İsa Qəmbər kimi sanballı kadr yoxdur və Müsavatda onu əvəz edə biləcək siyasətçi yetişməyib" fikirlərinə münasibət bildirən Gülağa Aslanlı qeyd edib ki, deyilənlərin heç bir əsası yoxdur: "Müsavat Partiyası başqanlığa layiq siyasətçilər yetişdirib və vaxtı çatanda həmin şəxslərin kimliyi də bəlli olacaq".G.Aslanlı özünün Müsavat başqanlığına iddiasının olub-olmaması ilə bağlı olan sualımıza da cavab verdi: "Mənim də belə iddiam ola bilər".

sia.az

Digər xəbərlər