PDF Oxu

Müxalifət

  • 9

Novella Cəfəroğlu: “Xədicə İsmayılova ilə danışacağam”

Novella Cəfəroğlu: “Xədicə İsmayılova ilə danışacağam”

"Belə məsələnin mövcud olması absurddur". Bu sözləri SİA-ya açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılovanın bir sıra müxalifət rəsmilərinin və hüquq müdafiəçilərinin hakimiyyətlə işbirliyi qurmaları ilə bağlı ABŞ Senatına göndərdiyi hesabatına münasibət bildirərkən deyib.Onun sözlərinə görə, sözügedən hesabat cəfəngiyyatdır, lakin bu o demək deyil ki, hüquq müdafiəçiləri hakimiyyətlə iş birliyi qurmamalıdır: "Hüquq müdafiəçisinin iqtidar və müxalifət nümayəndələri ilə görüşüb, hansısa problemi çözməyə çalışmasında qəbahət yoxdur. Ona görə də bu hesabatdakı ittihamlar absurddur. Mən Xədicə İsmayılova ilə əlaqə saxlayıb məsələni aydınlaşdıracam".Qeyd edək ki, jurnalist Xədicə İsmayılova tərəfindən ötürülmüş hesabatda digər hüquq müdafiəçiləri ilə yanaşı, Novella Cəfəroğlunun da adı yer alıb. "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılova Senat təmsilçilərindən hüquq müdafiəçilərinə maliyyə yardımının dayandırılmasını tələb edib.

sia.az

Digər xəbərlər