PDF Oxu

Müxalifət

  • 12

Müsavatçı gənc: “Gözləyək görək növbəti qurban kim olacaq…”

Müsavatçı gənc: “Gözləyək görək növbəti qurban kim olacaq…”

Müsavat Partiyasında gəclərlə yaranan problem kəskinləşməkdədir. SİA-nın məlumatına görə, partiyanın Gənclər Təşkilatından çıxarılan Cavanşir Abbaslı bu kimi olayı "təmizləmə" kimi qiymətləndirib.

Cavanşir Abbaslı facebook səhifəsində məlumat yayaraq bildirib ki, Müsavat Gənclər Təşkilatında gənclərin kütləvi şəkildə təşkilatdan çıxarılması prosesi günü-gündən artmaqdadır: "Bugün də heç bir əsas, xəbərimiz belə olmadan mən və Kərim Kərimli təşkilatdan çıxarılıb. Həftədə bir iclas keçirmək, bizimlə rəqabət aparmaq gücündə olmayan "zavallılar" gəncləri çıxarmaq üçün yalnız iclas keçirirlər. Bu "təmizləmə" siyasətini sadəcə bir qorxaqlıq adlandırıram".

"Səbr etdik, bunlar səbrimizdən sui-istifadə etdilər" - deyə qeyd edən müsavatçı gənc buna qarşı addım atmağın lazım olduğunu bildirib: "Artıq bunlara "dur" deməyin zamanıdır. Yaxın günlərdə bizim verəcəyimiz qərarı, ölkəmizin güclü gənclər təşkilatlarından birini bütün mətbuat görəcək. Tapdalanan haqqımız uğrunda sona qədər mübarizə aparacağıq. Müsavat Partiyası rəhbərliyinə müraciət edib, gələcəkdə partiyanı gözləyəcək təhlükələri qarşılamağa çağırıram. Əks halda bunun sonu heç də yaxşı olmayacaq. Xatırladım ki, indiyə qədər Orxan Eyyubzadə, Samir Poladov partiyadan, Azər İnqilabci, Fərid Həsənsoy, Nicat Sərdar , İlkin Sərdar, Kərim Kərimli və mən gənclər təşkilatından çıxarılmışıq. Gözləyək, görək növbəti qurban kim olacaq...".

Qeyd edək ki, Müsavat Partiyası Gənclər Təşkilatının qalmaqallı qurultayından bu günədək 8 nəfər gənc müsavatçı qurumdan xaric olunub. Bu gün isə daha iki müsavatçı - Cavanşir Abbaslı və Kərim Kərimli partiyanın Gənclər Təşkilatından səbəb göstərilmədən çıxarılıblar.

sia.az

Digər xəbərlər