PDF Oxu

Müxalifət

  • 10

Azər Ayxan: "Xədicə İsmayıl kimin haqqında nə araşdırır araşdırsın"

Azər Ayxan: "Xədicə İsmayıl kimin haqqında nə araşdırır araşdırsın"

Bir neçə saat öncə Xədicə İsmayıl facebook səhifəsində müxalifət funksionerləri ilə bağlı siyahı açılayacağını yazmışdı. Məlumatların çoxunun Eynulla Fətullayev haqqında olacağını yazan Xədicə İsmayıl digər müxalifət funksionerləri ilə bağlı da heç kimin bilmədiyi məlumatlar açıqlayacağını qeyd edib.

Xədicə İsmayılın yeni siyahısının nə olacağı ilə bağlı "Yeni Müsavat" qəzetinin baş redaktor müavini Azər Ayxanla əlaqə saxladıq. A.Ayxan SİA-ya açıqlamasında bildirdi ki, Eynulla Fətullayevin yaydığı siyahını Xədicə İsmayıl inkar edir, mənim özüm də də bu siyahını onun hazırlayıb-hazırlamadığı ilə bağlı dəqiq məlumat yoxdur: "Ancaq Xədicə İsmayıl deyirsə ki, yeni siyahı hazırlayacaq, o zaman özü bilər. Xədicə kimin haqqında nə araşdırır araşdırsın. Hər kəs öz fəaliyyətində sərbəstdir".

Onu da qeyd edək ki, Xədicə İsmayıl məhz bu məsələ ilə bağlı yazdığı statusu artıq silib.

sia.az

Digər xəbərlər