AXCP sədrinin müavini Fuad Qəhrəmanlının mütəmadi olaraq mətbuatda "demokratiya"dan danışmasının, dövlət məmurlarının müxalifət mətbuatı ilə əməkdaşlıqdan qaçması barədə iddialarının şahidiyik. Ancaq nədənsə Fuad Qəhrəmanlı özü azacıq da olsa, nə mətbuat azadlığına, nə də jurnalistin maneəsiz açıqlama alma hüquqlarına hörmət qoyur. Gecə-gündüz müxalifət jurnalistlərinin məmurlardan müsahibə almaq çətinliklərindən danışan F.Qəhrəmanlı görəsən özü hələ müxalifətdə ikən niyə özünü bu qədər təkəbbürlü aparıb SİA-nın suallarını cavablandırmır? Görəsən, o nə vaxtsa məmur adını daşısaydı necə olardı?Ona dəfələrlə zəng etsək də, ya telefonu açmayıb, ya da açsa belə SİA-nın suallarını cavablandırmaqdan qaçıb. Lazım gələndə bizə qarşı kobudluq da edib.Bu dəfə də zəng etdik, "Siz Xədicə İsmayılın siyahısında müxalifət liderlərindən yalnız Əli Kərimlinin adının olmamasını necə qiymətləndirirsiz və bu siyahıya münasibətiniz?" sualını vermək istədik. Bu siyahı çoxu kimi F.Qəhrəmanlının da yuxularını xarab elədiyi üçün sualımızın məhz buna bağlı olacağını da bilirdi. O üzdən də bu dəfə də sualımızı cavabsız qoydu. Niyə? Səbəbini hər kəs bilir. Ancaq biz açılan sirləri, "plastik qürur" daşıyıcılarını bundan sonra da gözləmədiyi suallarla narahat edəcəyik.Qısası, Fuad Qəhrəmanlı, məmurlardan tələb etdiyinizi özünüzdən də tələb etməyi bacarın.
sia.az