PDF Oxu

Müxalifət

  • 12

Mirzə Xəzər Cəmil Həsənlinin “pripiska” cəhdini ifşa etdi

Mirzə Xəzər Cəmil Həsənlinin “pripiska” cəhdini ifşa etdi

"Milli Şuraya üzv olmaq üçün müraciət etməmişəm"

Milli Şura sədri Cəmil Həsənlinin quruma üzv olmaları haqda bir çox tanınmışların ərizə ilə müraciət etməsi iddialarına ilk reaksiya "Azadlıq" radiosunun Azərbaycan redkasiyasının keçmiş direktoru Mirzə Xəzər tərəfindən gəlib. SİA-nın məlumatına görə, "aznews.az"-a açıqlama verən Mirzə Xəzər Cəmil Həsənlinin onunla bağlı iddiasına etiraz edib. "Mən Milli Şuraya üzv olmaq üçün müraciət etməmişəm" - deyən jurnalist Milli Şuraya dəvət olunmasını istisna etməsə də, qurum rəhbərliyinə ərizə ilə müraciət etmədiyini vurğulayıb: "Məni Milli Şuraya üzv olmağa dəvət ediblər. Lakin hələ qərar verməmişəm".

Qeyd edək ki, Milli Şuranın sədri Cəmil Həsənli mediaya açıqlamasında Mirzə Xəzərin guya Milli Şuraya üzv qəbul olunmaq üçün ərizə ilə müraciət etdiyini demişdi. Cəmil Həsənli əlavə etmişdi ki, bu müraciətə yaxın vaxtlarda baxılacaq: "Biz növbəti sessiyaların birində Mirzə Xəzər də daxil olmaqla quruma üzv olmaq üçün müraciət edən bütün ərizələrə baxacağıq".

Xatırladaq ki, bu hal Cəmil Həsənli tərəfindən birinci dəfə təkrarlanmır və bir sıra siyasilər onun bu addımını "pripiska" cəhdi kimi qiymətləndiriblər.

sia.az

Digər xəbərlər