"Bu məsələ daha çox "Meydan" TV-nin yaydığı bir şouya oxşayır". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı Almaniyanın Berlin şəhərində fəaliyyət göstərən "Meydan" TV-nin şüşəsinin sındırılmasında Emin Millinin heç bir dəlil-sübut olmadan "günahı" Azərbaycan hakimiyyətində axtarmasına münasibətini bildirərkən deyib."Emin Milli və onun ətrafı bu vasitələrlə özlərini yaxşı reklam etmək niyyətindədirlər" - deyə qeyd edən BAXCP sədrinin müavini onların bütün hallarda fəaliyətlərini qabardaraq ictimailəşdirmək niyyəti güddüklərini deyib: "Almaniyada kiminsə şüşə qırması, hər hansı bir səs-küy etməsi kimə lazımdır? Bu, ancaq özlərinin qurduğu şoudur və özünü reklamdan başqa bir şey deyil. Sözügedən televizya birmənalı olaraq insanları təhqir etməklə məşğuldur".
sia.az