Nənəsi erməni, Əli Kərimlinin qohumu və "intim taktika"nın mahir ustası olan Xədicəni ictimaiyyət yaxşı tanıyır
Son günlər ərzində Xədicə İsmayılın Əli Kərimlinin göstərişi əsasında yaydığı "casus siyahısı" hələ də gündəmdədir. Artıq ictimaiyyət bu siyahının nə üçün və hansı məqsədlə yayılması haqqında təsəvvürə də malikdir. Cəmiyyət anlayır ki, bu siyahı müxalifətdaxili mübarizənin və xarici anti-Azərbaycan dairələrinin sifarişinin nəticəsi kimi qərəzli formada meydana çıxıb. Əlbəttə ki, sözügedən siyahını yayanların siyasi və maddi məqsədləri də insanlara detallı şəkildə aydın olub. Bəs nə üçün bu siyahını Xədicə İsmayıl yayıb? O, kimdir axı? Onunla bağlı insanlara nə məlumudur? Təbii ki, bu cür suallar müəyyən mənada insanları maraqlandırır və hər kəs bilmək istəyir ki, Xədicə İsmayıl hansı status və imiclə bu cür oyunlarda rol alır?
Qeyd edək ki, bir çoxları Xədicə İsmayılı "Azadlıq" radiosunun Bakı bürosunun keçmiş rəhbəri kimi tanıyır və xatırlayır ki, bir müddət öncə o, intim məzmunlu xəbərdarlıq məktubu alması barədə bəyanat yaymışdı, əsassız özünüreklamla məşğul idi. Hələ o zaman Xədicə İsmayıl dostu Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun kosmopolit rəhbəri Emin Hüseynli vasitəsilə onun haqqında xüsusi xidmət orqanlarının məlumat yaymasını ictimailəşdirməyə çalışmışdı. Amma nə baş veribsə, bu dəfə Xədicə İsmayıl özü kəşfiyyat orqanlarına məlumat ötürüb. Yəni burada Xədicə İsmayılın özündə olduğu kimi əməllərində də paradoksluq var. Lakin Xədicə İsmayıl hər dəfə olduğu kimi bu dəfə də özünü qurban kimi qələmə verməyə çalışır. Ancaq onun kimliyi haqqında olan məlumatlar bir daha sübut edir ki, o qurban deyil, elə Azərbaycanın düşmənlərinə işləyən birisidir.
Belə ki, "Azadlıq" radiosunun Bakı bürosunun əməkdaşları tərəfindən təqdim olunan məlumatlarda bildirilir ki, Kənan Kazımoğlunun kadrı olan Xədicə İsmayıl AXCP-nin "yurdçu" qanadında təmsil olunub. Lakin Xədicə həmişə özünü tərəfsiz jurnalist kimi təqdim edib. Bir dəfə "Azadlıq" radiosunun canlı yayımında Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Qüdrət Həsənquliyev Xədicənin "yurdçu" olduğunu deyib. Xədicə buna etiraz edəndə isə Q.Həsənquliyev bildirib ki, "yurd"a üzv olması haqqında ərizəni özü şəxsən Xədicədən qəbul edib. Bundan sonra X.İsmayıl şoka düşərək studiyadan çıxıb.
Mətbuatda gedən məlumatlara əsasən, əslən Sabirabaddan olan Xədicə İsmayıl AXCP-də Əli Kərimlinin qohumu kimi tanınıb və traybolist hisslərə qapılaraq daim onu müdafiə edib. Buna görədir ki, mətbuat konfransında AXCP sədri Əbülfəz Elçibəyi regionçuluqda ittiham etməsi də Xədicənin Ə.Kərimliyə sədaqətindən irəli gələn məsələ idi. Xədicə Ə.Elçibəyə belə bir sual vermişdi ki, "Fazil Qəzənfəroğlunu müdafiə etməyiniz sizin regionçuluğunuza dəlalət etmirmi?" Bəzi jurnalistlər bildirirlər ki, vaxtilə "Svetlana" imzası ilə Ə.Kərimlinin nəzarətində olan qəzetlərin birində Ə.Elçibəyin məlum xəstəliyə yoluxması haqqında dərc olunmuş materialın əsil müəllifi məhz X.İsmayıl olub. Əslində, bəzi mənbələrə görə, Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Xədicə İsmayılın atası Rövşən İsmayılov Xüsusi Maşınqayırma və Konversiya Komitəsində məsul vəzifə tutmuş və müxtəlif maxinasiyalar vasitəsilə əməlli-başlı sərvət sahibinə çevrilmişdi. İstisna deyil ki, Xədicənin korrupsiya mövzusuna "sevgi"si məhz atası Rövşən müəllimin əməli fəaliyyətindən qidalanır. R.İsmayılovun qızına kifayət qədər mal-mülk saxladığı deyilir. Hətta 2009-cu ildə Xədicənin Bakı kəndlərindən birində qiyməti bir neçə yüz min dollar olan torpaq sahəsi və mülkünü satmaq istədiyi, lakin münasib alıcı tapa bilmədiyi deyilir. Beləliklə, Xədicə İsmayılın "yurdçu" olması onun Əli Kərimlilə birgə müxalifətə badalaq vuracaq planların qurulmasında iştirakına heç bir şübhə yaratmır.
Xədicənin AXCP-nin maraqlarından çıxış etməsini sübut edən məqamlardan biri də onun "Azadlıq" radiosuna rəhbərlik etdiyi 2008-2010-cu illər ərzində Əli Kırimli istiqamətində tərəfkeşlik etməsidir. Radionun keçmiş əməkdaşı Aygün Muradxanlı "Kaspi" qəzetinə açıqlamasında deyib ki, "mən radioda işə başlayanda Bakı ofisinin rəhbəri Natiq Zeynalov idi. O zaman bizim müsahib problemimiz yox idi. Rəsmilər, hakim partiyanın üzvləri, hakimiyyətə yaxın siyasətçilər, ekspertlər radioya müsahibə də verirdilər, canlı verilişlərə də qatılırdılar. Natiq Zeynalov Praqa ofisinə gedəndən sonra radioya Xədicə İsmayıl rəhbərlik etdi. Bununla da efirdən fərqlilik yox olmağa başladı. Yalnız hakimiyyətə yaxın insanlar deyil, QHT sektorundan, müxalifət düşərgəsindən də xeyli insan radio ilə münasibətini kəsdi. "Azadlıq" radiosu media qurumuna deyil, hakimiyyətə alternativ siyasi partiyaya bənzəməyə başladı".
Məhz X.İsmayıl bitərəf orqan kimi fəaliyyətə başlayan "Azadlıq" radiosunu hakimiyyətə qarşı tribunaya çevirmişdi. Məsələn, Xədicənin aparıcısı olduğu "İşdən sonra" proqramı xüsusi qeyri-obyektivliyi ilə seçilirdi. Həbsdən azad olunduqdan sonra bir-iki dəfə bu proqramın qonağı olan Eynulla Fətullayev hüquq müdafiəçisi kimi baş çəkdiyi həbsxanalarda vəziyyətin yaxşılığa doğru dəyişdiyini öz gözləri ilə gördüyünü dedikdə X.İsmayıl ona qarşı hücuma keçərək əsil opponentlik eləməyə başlayırdı. Efirdən sonra Eynulla Fətullayev X.İsmayılın qərəzli mövqeyi barədə radio rəhbərliyinə rəsmi şikayət edir, sonra da mətbuatda bəyanat verərək bildirir ki, bir daha "Azadlıq" radiosunun proqramlarına qatılmayacaq.
Bununla yanaşı, intriqaçılıq, kosmopolitlik kimi xüsusiyyətlər, eyni zamanda, əyyaş həyat tərzi, ailə, cəmiyyət qarşısında məsuliyyət hissinin olmaması, azərbaycanlı xanımlara yad dünyagörüşü, etik, əxlaqi dəyərlərə ironik münasibət X.İsmayılı digərlərindən kəskin fərqləndirirdi. Radionun əməkdaşları deyirlər ki, axşam saat 7-də iş qurtarmamış Xədicənin dostları kütləvi şəkildə "Azadlıq" radiosunun "Caspian Plaza"nın 2-ci mərtəbəsində yerləşən böyük ofisinə toplaşır və səhərə kimi orada qalırdılar. Səhər işçilər ofisə daxil olarkən mətbəxdə çoxlu sayda spirtli içki butulkaları, açılmış konservlər, pivə şüşələri görürdülər. Ofisdən səhərlər elə dözülməz iy gəlirdi ki, hətta planlaşdırma vaxtı pəncərələr bir neçə saat açıq saxlanılırdı. Hətta deyilənə görə, bir dəfə "Kaspian Plaza"nın mühafizə xidmətinin əməkdaşları "Azadlıq" radiosunun pəncərəsindən bayıra qusan və aşağı yıxılmaq təhlükəsi ilə üzləşmiş içkili bir qadını çətinliklə aşağı sala biliblər. Xədicə şəhərin bahalı barlarının və klublarının daimi sakinlərindəndir. Eyş-işrətə və spirtli içkilərə aludəçiliyini heç vaxt gizlətməyib. Əksinə, dəfələrlə açıq şəkildə Azərbaycan xanımlarının, qızlarının tərbiyə və əxlaqi dəyərlərini lağ hədəfinə çevirib.
Maraqlıdır ki, X.İsmayıl heç vaxt valideynləri haqqında danışmır. Hətta "Xalq cəbhəsi" qəzetində onun nənəsinin erməni olması barədə iddialara da heç bir reaksiya verməyib. Çünki qəzetə yaxın bəzi adamlarda onun haqqında geniş məlumatlar olduğunu bilir və iç üzünün ifşa olunacağından çəkinir.
Göründüyü kimi, Xədicə İsmayıl haqqında bu qısa məlumatlar onun siyasi və mənəvi kimliyi haqqında təsəvvür formalaşdırır. Aydın olur ki, Xədicə ismayıl həm daxili siyasi, həm də xarici maddi bağlılığı onun Azərbaycan xalqına və dövlətinə düçmən kəsilməsinə əsas yaradıb. Qəribədir ki, nədənsə, elə bu cür əxlaqi və siyasi baxımdan kəm olanlar elə AXCP-nin sıralarından çıxır. Qənimət Zahidin, Azər Əhmədin, Natiq Güləhmədoğlunun, Qanturalının və Xədicənin cəbhəçi kimi "fəaliyyəti" haqqında yenidən danışmağa ehtiyac yoxdur. İctimaiyyət onların da kimliyi haqqında təsəvvürə malikdir.
Bütün bunları nəzərə alaraq, bir daha vurğulamaq istərdik ki, Xədicə İsmayıl həm qohumluq, həm də mənəvi-əxlaqi baxımdan Əli Kərimliyə yaxın olduğundan onların birgə hazırladıqları siyahı oyunu başqa planları kimi fiaskoya uğradı və bumeranq effekti verməklə, elə radikal müxalifət düşərgəsinə zərbə vurdu.
"Səs" Analitik Qrupu