PDF Oxu

Müxalifət

  • 7

Sərdar Cəlaloğlu: “Ürz istəməli tərəf ermənilərdir”

Sərdar Cəlaloğlu: “Ürz istəməli tərəf ermənilərdir”

"Azərbaycan ərazilərini zəbt edən, bizim xalqa qarşı soyqırımı törədən ermənilərdir. Biz onlardan yox, onlar bizdən üzr istəməlidir. Günel Mövludun ermənilərdən üzr istəməsi mənəviyyatsızlıqdır". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu söyləyib.Sərdar Cəlaloğlu qeyd edib ki, Günel Mövludun bu addımı onun özünü göstərmək istəməsi ilə bağlıdır: "O, özünü "dahi" hesab edib, gözə soxmaq, özünü göstərmək məqsədilə bu cür boş addımlar atıb və bu hərəkət çox yersizdir".Qeyd edək ki, Günel Mövludun məlum müraciəti ölkənin bir sıra ictimai-siyasi şəxsləri tərəfindən sərt şəkildə qınanılmaqdadır. Ekspertlər isə hesab edirlər ki, Günel Mövlud erməni lobbisinin təlimatını yetinə yetirərək, Avropada siyasi sığınacaq almağa cəhd edir.

sia.az

Digər xəbərlər