PDF Oxu

Müxalifət

  • 11

Eldar Namazov: “İlk təhqirlər elə Vətəndaş və İnkişaf Partiyasından gəlib”

Eldar Namazov: “İlk təhqirlər elə Vətəndaş və İnkişaf Partiyasından gəlib”

"EL" Hərəkatının sədri Eldar Namazov SİA-ya açıqlama verərək Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə Eldəniz Quliyev arasındakı məhkəmə çəkişməsinə münasibət bildirib.Eldəniz Quliyevi məhkəməyə verdiyinə görə VİP sədri Əli Əliyevi qınayan Eldar Namazov bildirib ki, əslində ilk təhqirlər elə Vətəndaş və İnkişaf Partiyasından gəlib: "Onlar ilk olaraq, Eldəniz Quliyev haqqında təhqir dolu fikirlər səsləndiriblər və yazıblar. Bunlar hamısı göz qabağında olub. Hesab edirəm ki, Əli Əliyevin məhkəməyə müraciət etməsinin heç bir əsası yoxdur. Ona görə də, Əli Əliyevin bu hərkətini pisləyirik və biz bu prosesdə Eldəniz Quliyevi müdafiə edirik".

sia.az

Digər xəbərlər