"AXCP-nin qərargahı yerləşən binanın zirzəmisində baş verən partlayışı ilk öncə araşdırmaq lazımdır". Bu fikirləri SİA-ya Azadlıq Partiyasının sədri Əhməd Oruc partiyanın qərargahının zirzəmisində qaz sızıntısı ehtimalı olan partlayışa münasibətini açıqlayarkən bildirdi.Onun sözlərinə görə, ittiham irəli sürmədən öncə araşdırmaq lazımdır: "Onların fikrincə, bu hadisədə hakimiyyətin marağı dayanır. Lakin ilk olaraq zirzəmidə fəaliyyət göstərən bərbərxananın sahibinin kimliyi araşdırılmalı, orada hər hansı bir problemin olduğu dəqiqləşdirilməlidir".Qeyd edək ki, AXCP rəsmiləri əllərində heç bir fakt və dəlil olmadan sözügedən məsələni siyasiləşdirməyə cəhd etməklə, olayı öz "xeyirlərinə" istiqamətləndirməyə cəhd edirlər.
sia.az