"AXCP-nin qərərgahında baş vermiş partlayışdan sonra partiya rəhbərliyinin bunun hakimiyyət tərəfindən törəldilməsini söyləməsi bir daha sübut edir ki, bu partiya və onun rəhbərliyi siyasi şou ilə məşğul olurlar. Bu isə yanlış və iyrənc hərəkətdir". Bu fikirləri SİA-ya açıqlamasında Yurddaş Partiyasının sədri Mais Səfərli söyləyib.Mais Səfərli qeyd edib ki, bu cür hadisələrdən siyasi şou məqsədilə istifadə etmək yaramazlıqdır: "Partlayış olub, hadisə araşdırılır. AXCP rəhbərliyi adət edib ki, hər şeydən şou düzətsin. AXCP-nin bu iddiaları yersizdir".
sia.az