PDF Oxu

Müxalifət

  • 35

Gülağa Aslanlı: "Əgər Rəşid Hacılının cəsarəti varsa, öz dəstəyini bildirsin"

Gülağa Aslanlı: "Əgər Rəşid Hacılının cəsarəti varsa, öz dəstəyini bildirsin"

"Əlbətdə, Rəşid Hacılının bu fikirləri ilə qəti razı deyiləm. O, çox yanlış düşünür". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı hüquq müdafiəçisi Rəşid Hacılının sosial şəbəkədəki hesabında Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Arif Hacılının və özünün Krıma Rusiya ərazisindən getmələrinə, lakin saxlanılaraq geri qaytarılmalarına rəğmən özlərini öydükləri ittihamına münasibətini bildirərkən deyib.

Gülağa Aslanlı qeyd edib ki, Rəşid Hacılının cəsarəti varsa, dətəyini ifadə etməlidir: "Əgər Rəşid Hacılının cəsarəti varsa, öz dəstəyini bildirsin. Artıq danışmağa ehtiyac yoxdur. Haqqımızda deyilən "özlərini reklam edirlər" fikri ilə də qəti şəkildə razı deyiləm. Ümumiyyətlə bu cür fikirlər səsləndirmək doğru deyil".

sia.az

Digər xəbərlər