Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı Müsavatçı gənclərin sosial şəbəkələrdə, mətbuatda bir-birilərinə qarşı təhqir dolu fikirlər səsləndirməsinə münasibət bildirib.
Müsavat Gənclər Birliyində təmsil olunan gənclərin sosial şəbəkələrdə təhqirlərə yol verməsini yolverilməz adlandıran T. Abbaslı SİA-ya açıqlamasında bildirib ki, əslində partiyadaxili məsələlər partiyada həll olunmalıdır: "Bu məsələləri mətbuata çıxarmaq, sosial şəbəkələrədə müzakirə mövzusuna çevirərək təhqirlərə yol vermək düzgün deyil. Gənclər səbirsizlik edirlər, amma bu yaxınlarda bütün söz-söhbətlər kəsiləcək".
T. Abbaslı Müsavatçı gənclərin partiyadaxili məsələləri müzakirəyə çıxarıb funksionerləri təhqir etməsinə də aydınlıq gətirib: "Divanda hər şey səsvermə ilə həll olunur. Gənclərin bu cür hərəkətləri ilə bağlı araşdırma aparılacaq. Onlara qarşı xəbərdarlıq və ya töhmət ola bilər. Hələlik araşdırmanın nəticəsini gözləyək".
sia.az