"Ermənilər indi də Türkiyəni ittiham edirlər ki, guya Suriyada yaşayan ermənilərə Türkiyə tərəfdən atəş açılıb. Bu onların növbəti təxribatçı addımı və özlərinə isti yuva axtarmaq üçün oynadığı oyunlardır. Suriya ermənilərinin Qarabağda yerləşdirilməsi isə yolverilməzdir və artıq beynəlxalq təşkilatlar bu vəziyyətə qiymət verməlidirlər". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, millət vəkili Asim Mollazadə bildirib.Suriyadan erməni ailələrinin Qarabağa köçürülməsinə münasibət bildirən A. Mollazadə qeyd edib ki, Suriya ermənilərinin Qarabağa köçürülməsinə göz yummaq lazım deyil, bu kifayət qədər ciddi bir amildir: "Bu, beynəlxalq hüquq normalarının ermənilər tərəfindən növbəti dəfə kobud şəkildə pozulmasıdır. Beynəlxalq təşkilatlar tərəfindən Ermənisana qarşı müvafiq sanksiyalar tətbiq olunmalıdır".
sia.az