"Xaliq Bahadır əgər özünü müxalifət hesab edirsə, o zaman onun İsa Qəmbər və Müsavat Partiyası haqqında bu tərzdə danışması ədəbsizlikdir. Müsavatın onun mənfi və ya müsbət rəyinə ehtiyacı yoxdur. Xaliq Bahadır kimin haqqında danışmayıb ki?" Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü Almaz Əliqızı bildirib.AXCP Rəyasət Heyətinin üzvü Xaliq Bahadırın İsa Qəmbər və Müsavat Partiyasının ünvanına səsləndirdiyi aşağılayıcı sözlərə münasibət bildirən A. Əliqızı qeyd edib ki, Xaliq Bahadır vaxtilə Əbülfəz Elçibəyin haqqında da böhtanlar danışırdı: "Amma indi şəklini başlarının üstündən asıblar. Mən onun Elçibəy haqqında dediyi böhtanları şəxsən özüm eşidib-görmüşəm. Əvvəl Elçibəyin haqqında pis danışırdı, indi də İsa Qəmbər haqqında belə danışır. Belə adamlar bir az düşünməlidirlər".
sia.az