PDF Oxu

Müxalifət

  • 21

AMİP-dən Müsavatla bağlı proqnoz

AMİP-dən Müsavatla bağlı proqnoz

"Müsavat Partiyasında istefalar və ayrılmalar baş verə bilər"

"Təxminən 7-8 ildir eşidirəm ki, Müsavatda qurultay olacaq. Əgər qurultayı çağırmırlarsa, deməli, partiya daxilində nəsə tamam fərqli məsələ var". SİA-nın məlumatına görə, bu fikirləri açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) sədrinin beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev Müsavat Partiyasında baş verən son olaylara münasibətini açıqlayarkən deyib.İsa Qəmbərin siyasi fəaliyyətdən uzaqlaşacağına inanmadığını deyən AMİP rəsmisi onu da qeyd edib ki, o, hələ 5 il öncə bu iddia ilə çıxış edib: "Həmin dövrdə bu məsələ ilə bağlı aparılan müzakirələr indikindən müəyyən mənada daha ciddi idi. Kim təminat verə bilər ki, qurultay bu il olacaq? Bəlkə bu il də olmadı! İsa Qəmbərdən sonra inanmıram ki, başqan olacaq şəxs Müsavat Partiyasının əvvəlki gücünü saxlasın. Nəticədə partiya daxilində istefalar və ayrılmalar da baş verə bilər".

sia.az

Digər xəbərlər