PDF Oxu

Müxalifət

  • 9

Əli Kərimli bu dəfə növbəti siyasi bicliyini ortaya atıb

Əli Kərimli bu dəfə növbəti siyasi bicliyini ortaya atıb

AXCP sədrinin budəfəki hədəfi də Müsavat partiyasıdır

Qarşıdan bələdiyyə və parlament seçkiləri gəlir. Bu baxımdan, hələ də qış yuxusundan ayılmamış ənənəvi düşərgə təmsilçiləri - radikal müxalifət partiyalarının bu seçkilərdə də hər hansı uğur qazana bilmələri mümkünsüz görünür. Ancaq bütün bunlara baxmayaraq, qarşı tərəflər zaman-zaman bir-birlərini hədəfə alaraq, bir addım öndə dayanmağa cəhdlər göstərirlər. Belə ki, son günlər AXCP ilə Müsavat partiyası arasında növbəti ixtilafın baş qaldıracağını düşünmək olar. Həmin ixtilafın əsas səbəblərindən biri də hələ bir neçə il öncə partiyaların birləşərək bir qurumda təmsil olunması ideyasının reallaşmamasıdır. Xatırladaq ki, bu kimi ideyanın fonunda çarpazlaşan hər iki partiya sonda savaşlarını "Milli Şura" kontekstində davam etdirdilər. Nəticədə Müsavat partiyası bir daha AXCP ilə birləşmək məsələsində razı olmadığını bəyan etdi.

AXCP və Müsavatın birləşməsi məsələsi süni şəkildə gündəmdə saxlanılır

Maraqlı məqamlardan biri də bu istiqamətdə bəzi siyasi ekspertlərin verdikləri açıqlamalardır. Belə ki, onların fikrincə, AXCP və Müsavatın birləşməsi məsələsi süni şəkildə gündəmdə saxlanılır. İsa Qəmbərin tərəfdarları isə deyirlər ki, birləşmə məsələsindən daha çox partiyanın qurultayının keçirilməsi üçün işlər aparmaq gərəkdir.

Münasibətlərində nə dərəcədə pozğunluğun mövcud olmasına rəğmən, "cəhəçilər" parftiyaların birləşməsində daha çox maraqlı görünürlər. Burada əsas maraq məhz AXCP sədri Əli Kərimlidədir. O, buna müvəffəq olacağı tədqirdə Müsavat partiyasını mənimsəməyə cəhd edəcək. Yəni məsələ reallaşarsa, Əli Kərimli növbəti planlarını işə salaraq, müsavatçıları öz ətrafında cəmləşdirməyə səy göstərir.

Bu arada qeyd edək ki, AXCP-nin məqsədi bu prosesi uğursuz şəkildə başa vurmaqdır. Partiyaların birləşmə məsələsi ilə bağlı Müsavat partiyası daxilində müzakirələr davam edir, fərqli mövqelər və yanaşmalar mövcuddur. Cəbhəçilər isə ümid edir ki, məsələ Müsavatın qurultayında həllini tapacaq. O vaxta qədərsə "cəbhəçilər" birləşmə məsələsini gündəmdə saxlamağa, ictimai rəyin təsiri ilə partiyaların bir araya gəlməsinə nail olmağa çalışırlar. Siyasi təşkilatların birləşməsini istəməyən "cəbhəçilər" və bəzi qüvvələr isə inteqrasiya ilə bağlı meyillər aktuallaşan kimi fəallaşır, birləşmənin əleyhinə olan bəyanatlar verir, prosesə hər vəchlə maneələr yaratmağa çalışırlar. "Yurd"un siyasi kursu isə inteqrasiya və birləşməyə yönəlmiş səyləri uğursuz şəkildə davam etdirməkdir. Eyni zamanda birləşmə prosesinin intensivləşdirilməsinə cavabdeh olan şəxslər məsələnin ləngiməsi ilə bağlı ictimaiyyət qarşısında izahat verməli olduqlarından, bu mövzu barədə danışılmasını və müzakirələr aparılmasını istəmirlər. Ancaq onu da qeyd edək ki, Əli Kərimli tərəfindən Müsavatla birləşmək qərarı hazırda da qüvvədə qalır. Çünki bu qərar partiyanın qurultayında verilib. Hazırda Əli Kərimlinin tərəfdarları iddia edirlər ki, AXCP qurultayının birləşmə qərarı o zamana qədər qüvvədə qalacaq ki, Müsavatın qurultayında bu məsələyə münasibət bildirilsin.

Müsavat partiyası qurultayını keçirdikdən sonra AXCP-nin hücumlarına məruz qalmağa başlayacaq

Bu günə qədər Müsavatın ayrı-ayrı funksionerləri tərəfindən məsələyə mətbuat vasitəsilə münasibət açıqlanıb. Amma ortada Müsavat qurultayının münasibəti yoxdur. Ancaq "cəbhəçilərdən" bəziləri AXCP-nin Müsavat ilə birləşmək məsələsində ümidli olduqlarını söyləyirlər. Çünki Müsavat qurultaya hazırlaşır. "Yurd"çular ümid edirlər ki, AXCP qurultayının hər hansı ilkin şərt irəli sürmədən Müsavata birləşməklə bağlı qərarına bu təşkilatın da ali forumunda münasibət bildiriləcək. Əli Kərimli ilə razılaşmayan "cəbhəçilərin" arzuları-istəkləri odur ki, AXCP qurultayının qərarına Müsavat partiyasının ali forumu tərəfindən müsbət münasibət bildirilsin. Bu, artıq qarşı tərəfin qurultayında iştirak edəcək insanların iradəsindən asılı olan məsələdir.

Ancaq görünən də budur ki, Müsavat partiyası qurultayını keçirdikdən sonra, AXCP-nin, daha dəqiq desək, Əli Kərimlinin hücumlarına məruz qalmağa başlayacaq. Belə hücumlar kontekstində isə daha kəskin savaşın baş qaldıracağını kifayət qədər ehtimal etmək olar.

Rövşən RƏSULOV

Digər xəbərlər