PDF Oxu

Müxalifət

  • 10

Müsavatçı gənclər etiraz edirlər

Müsavatçı gənclər etiraz edirlər

Cəzalandırılan şəxslər partiyadan istefa verəcəklərini istisna etmirlər

Müsavat Partiyası Gənclər Təşkilatında (GT) qruplararası ittihamlar davam edir. SİA-nın məlumatına görə, partiyanın mətbuat xidməti mətbuata bir neçə müsavatçı gəncin Divan tərəfindən cəzalandırıldığı xəbərini yayıb. Onlar GT-nın sədri Əhliman Abbasın qruplaşmasında yer alan Vasif Sadıqbəyli, Amid Süleymanov və Ayaz Xəlilzadədir.

Qeyd edək ki, partiyanın digər üzvü Tural Sadıqlı GT-nın bəzi üzvləri tərəfindən onun ünvanına aşırı təhqir, şantaj və böhtanlar səsləndirildiyini bildirərək Divana müraciət etmişdi. Divan isə öz növbəsində bu məsələni araşdırıb və adıçəkilən qruplaşma üzvlərini cəzalandırıb. Lakin cəzalandırılan GT üzvləri son iki gündə "facebook" sosial şəbəkəsindəki qruplarında buna layiq olmadıqlarını iddia edərək, qarşı tərəfi satqınçılıqda və xəyanətdə suçlayıblar. Cəzalandırılanlar həmin cəzanın aradan qaldırılmayacağı təqdirdə partiyadan istefa verəcəklərini də istisna etməyiblər.

Xatırladaq ki, Müsavat GT-na sədr seçkisinin ilkin nəticəsi partiyanın Divanı tərəfindən legitim hesab olunmamışdı və bu səbəbdən, ikinci dəfə seçki keçirilmişdi. Nəticədə, iki qrupa parçalanan təşkilatda qarşılıqlı ittihamlar bu gün də davam etməkdədir.

sia.az

Digər xəbərlər